//İ Cun Ki(Lee Joon Gi) yardıma ehtiyacı olan xəstələrə köməklik göstərib

İ Cun Ki(Lee Joon Gi) yardıma ehtiyacı olan xəstələrə köməklik göstərib

Aktyor İ Cun Ki ehtiyacı olanlara kömək məqsədi ilə Koreya Universiteti Tibb Mərkəzinə maddi yardım edib.

Koreya Universiteti Tibb Mərkəzi Fondunun verdiyi məlumata görə İ Cun Ki maddi imkanı aşağı olan xəstələrə yardım məqsədi ilə mərkəzə 60 milyon von (50.631$) və 5 ton düyü bağışlayıb.

Göndərilən 5 ton düyü isə məşhurun pərəstişkarları tərəfindən bağışlanıb. Məşhur və fandomu birlikdə mənalı fəaliyyətlər etmək istədiklərini dilə gətiriblər.

Koreya Universiteti Tibb Mərkəzinin tibb fakultəsinin rəhbəri İ Ki Hyonq(Lee Ki Kyung) :

Aktyor İ Cun Ki və pərəstişkarları daimi olaraq maddi və könüllü dəstəklər edirlər. Göndərdikləri yardımların dəyərini xatırlayacam və həmin yardımlar xəstələr üçün istifadə olunacaq.”

Xatırladaq ki İ Cun Ki asya turunu yeni bitirib və sonrakı layihə ilə bağlı axtarışdadır.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova