Ilgan Sports agentliyi tərəfindən verilən məlumatda sevilən aktyor İ Cun Gi (Lee Joon Gi) və Mun Çe Von (Moon Chae Won) “Flower of Evil” adlı serialın baş rol qəhrəmanları seçildikləri deyilir. Hər iki aktyorun agentliyi olan Namoo Actors yanvar ayının 14-də yayılan məlumatları təsdiq edərək, hər iki aktyorun rolu haqqında açıqlama verdi. Kriminal, detektiv, drama janrında çəkilməsi planlaşdırılan “Flower of Evil” adlı serialının süjet xətti şəxsiyyətini dəyişərək gözəl ailə başçısı olan, qatı cinayətkardan bəhs edir. Cinayətkarın həyat yoldaşı detektivdir, hansı ki, məhz o, baş verən cinayətlərin açılmasında daha yaxından iştirak edir. Bütün bunlara baxmayaraq detektiv qadın cinayətkarın əslində ondan çox uzaq olmadığından, lap yaxınında olduğundan bixəbərdir. Hər araşdırma onu ərinə bir addım daha yaxınlaşdırır. Serialın cinayətkar obrazını aktyor İ Cun Gi (Lee Joon Gi), detektiv obrazını isə Mun Çe Von (Moon Chae Won) canlandıracaq. Serialın yayımlanması 2020-ci ilin iyun ayına planlaşdırılır.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020