Avqustun 1-də Koreya saatı ilə səhər 6-da Newsis xəbər agentliyi İ Conq Sok(Lee Jong Suk) və Kvon Nara(Kwon Nara)-nın sevgili olduqlarını iddia edən ekskluziv bir hesabat yayımladı.
Newsis-in mənbələrinə görə, İ Conq Sok və Kvon Nara bu yaxınlarda sunbe-hobe münasibətlərindən romantik əlaqəyə keçiblər. İ Conq Sok, hələ Hello Venus üzvü ikən Kvon Nara ilə tanış olduğu və onu öz agentliyi olan A-MAN Project-ə qoşulmağa dəvət etmək üçün birbaşa əlaqə qurduğu bildirildi.
Newsis mənbələrindən biri İ Conq Sok əslində A-MAN Project-də icraçı direktoru olduğunu və onu agentliyə götürmək üçün çox səy sərf etdiyini iddia etdi. Newsis-in hesabatında, insanların ikisini birlikdə gördüyünü, o cümlədən Seulun Şinsadonq adlanan ərazisində uerləşən İ Conq Sokun kafesində görüşərkən gördükləri ifadə edildi.
Xəbərlə bağlı A-MAN Project-dənbir mənbə, “Bu məlumatın həqiqiliyini yoxlayacağıq” deyə açıqlama verdi.
Kvon Nara iyun ayında İ Conq Sok-un agentliyinə qatıldı. Hello Venus dağıldıqdan sonra uzun müddət tərkibində olduğu Fantagio Entertainment-dən ayrılmışdı
Həmçinin, İ Conq Sok isə mart ayında hərbi xidmətə başlamışdı.
Newsis-in yayımladığı xəbərin ardından iki məşhurun da şirkəti olan A-Man Project xəbərləri yalanladı. İkilinin sadəcə sonbe – hube münasibəti olduğunu və yayılan xəbərlərin doğruları yansıtmadığını bildirdi.
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021
- Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi - 09 Dekabr 2020