//İ Conq Hyon (Lee Jong Hyun) “CNBLUE” qrupunun tərk edir

İ Conq Hyon (Lee Jong Hyun) “CNBLUE” qrupunun tərk edir

 

Avqust ayının 29-da FNC Entertainment agentliyi müğənninin şəxsi açıqlamasını ictimayiyyətə təqdim edib. Açıqlamada belə deyilir: “Mən İ Conq Hyon (Lee Jong Hyun) hamını salamlayıram. Təkrar hamıdan üzr istəyirəm. Xüsusəndə, kimlərin ki, xətrinə, qəlbinə dəymişəm, kimləri ki, öz sözlərim ilə incitmişəm məni bağışlayın. Hamının nəzərinə çatdırıram ki, mən “CNBLUE” qrupunun tərk edirəm. Mənə inan bütün pərəstişkarları məyus etdiyim üçün çox məyusam. Belə utandırıcı hadisələrdə adımın hallanması öz günahımdır”. Xatırladaq ki, 2019-cu ilin mart ayında, KakaoTalk qalmaqalı ilə bağlı yayılan söz-söhbətlərdə müğənni İ Conq Hyonun da adı hallanmışdı. Müğənnin agentliyi, FNC Entertainment yayılan xəbərlərə açıqlama verərək hamıdan üzr istəmişdi. Amma avqust ayının 28-də məşhur YouTube blogeri Park Min Jonqun (Park Min Jung) İ Conq Hyon ilə yazışmasının sosial şəbəkələrə yayılması ictimaiyyətə yenidən bomba kimi düşdü. Sözü gedən yazışmada İ Conq Hyon qadınların paylaşılan videosuna öz müsbət fikrini bildirir və razılıq edir. Bu xəbərdən sonra İ Conq Hyon şəxsi Instagram səhfəsini bağlayaraq, “CNBLUE” qrupunun tərk etmək qərarına gəlib.