//Hyundai Qrup və SK Qrupun nəvələri qanunsuz narkotik istifadəsi ilə bağlı həbs olundu

Hyundai Qrup və SK Qrupun nəvələri qanunsuz narkotik istifadəsi ilə bağlı həbs olundu

Burning Sun və Sınqri ilə bağlı məsələləri araşdıran müxbirlər hadisədə başqa adlar olduğunu da bildirdi.

Hyundai və SK qrupun nəvələri Burning Sunda yer rezerv edərək narkotik qəbul etdiklərini etiraf etdilər. Burning Sunda göstərilən hadisələr sadəcə bu hadisələrin 1%-ni əhatə edir.

Namyang Dairy Product-un qurucusunun nəvəsi  Hvanq Hana(Hwang Hana)-nın narkotik ticarəti və Burning Sun hadisələri ilə əlaqəsi olduğu bildirildi.

Xəbər yayımlandıqdan sonra SK qrupun nəvəsi, 2018-ci ilin mart və may aylarında 5 dəfə maye halında narkotik satın almaq şübhəsi ilə həbs olundu. Satıcı ilə əlaqə yaratmaq üçün Parsel adlı şifrəli birindən kömək aldığını bildirdi.

Polis fevral ayında satıcını yaxalayan zaman SK qrupun nəvəsini də yaxalayıb. İstintaq zamanı, həmçinin, Hyundai qrupun qurucusunun nəvəsinin də olduğu məlum oldu.

Hyundai qrupun nəvəsinin həmin parsel vasitəsilə narkotik istifadə etdiyi iddia edilir. Hələdə xaricdə yaşayan Hyundai qrupun nəvəsini   polis Koreyaya gələn kimi həbs etməyi planlaşdırır.

Ən məhşur şirkətlər qrupunun üçünün adı hallanmış olsa da, məqalələrdə qanunsuz narkotik istifadəsi ilə bağlı başqa məşhur şirkətlər olduğunu da bildirir. Polis hal-hazırda narkotik satıcısı ilə istintaq aparır və Burning Sun müxbiri instaqram hesabında yavaş-yavaş açığa çıxacaq daha çox ad olduğunu bildirib.

Bildiklərimi danışmaq və kömək almaq üçün digər medya quruluşlarının yaşlı nümayəndələri ilə görüşdüm. SK və Hyundai qrupun nəvələri, Hvanq Hananın xəbəri yayımlandıqdan sonra ortaya çıxdı.

Bu uşaqlar yavaş-yavaş ortaya çıxarılır. Bir çox adın daha olduğunu bilirəm amma polis onları istintaqla ortaya çıxaracaq.

Əlimdə qalan tək şey başlıq yazmaqdır. Bunun uzun zaman alacağına əminəm..”

   -Müxbir O Hyok Cin (Oh Hyuk Jin)

 

Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova