//HYBE və yenilikləri

HYBE və yenilikləri

BigHit Entertainment rəsmi şirkət adını dəyişdikdən sonra yeniliklərə imza atır.

DC Comics, The CW kimi təşkilatların və Harry Potter və The Lord of the Rings  kimi dünyaca məşhur istehsalların yer aldığı Warner Bros-un HYBE-yə 500 milyard won  investiya qoyduğu  medyada açıqlandı. Warner Bros-un şirkətin əsas səhmdarı olması və BTS-in konsertləri və sənədli filmlərini HBO Max vasitəsi ilə hüquqlarını təmin etməsi gözlənilir.

Daha sonra, HYBE-nin “Big Hit Amerika” ​​nı təhvil aldığı medyada elan edildi.  Bu şəkildə şirkət, Demi Lovato, Ariana Grande və Justin Bieber kimi sənətçilərin yer aldığı Scooter Braun tərəfindən idarə olunan Ithaca Holdings ilə birləşəcəkdir. HYBE, törəmə şirkəti olan HYBE Amerika vasitəsilə Ithaca Holdings və ABŞ-da təsis edilmiş plak şirkəti Big Machine Records-dan 100%-lik səhm aldı. Nəticədə Braun HYBE-nin idarə heyətinin üzvü olacaq və Scott Borchetta Big Machine Label Group-un baş direktoru vəzifəsini davam etdirəcəkdir. Bu mövzuda Bang Si-Hyuk, “Zəhmət olmasa HYBE və Ithaca Holdings-in yaradacağı sonsuz imkanları və bu ortaqlığın musiqi sənayesində yaradacağı paradiqmaları gözləyin.” dedi.

Warner Bros-un HYBE-a sərmayə yatıracağı bildirildi.  Bunu etdikdə, ən böyük səhmdar olacaq və HBO Max-a sərmayə qoyduqdan sonra, BTS-in konsert və sənədli filmlərini qoruma altına alacaq.

*Warner Bros, dünyanın ən böyük film istehsalı və televiziya yayım şirkətlərindən biridir.

HYBE idarə heyəti iclasında BigHit Music-in səhmlərinin tamamilə HYBE-ə məxsus olduğu ayrı bir qurum olacağını elan edildi.  Bu o deməkdir ki, başqaları BigHit Music-in səhmlərini ala bilmir və BigHit-in işləmə tərzi dəyişməz qalacaq.