//Hvanq Hana(Hwang Hana), polis tərəfindən ayrıseçkilik görür

Hvanq Hana(Hwang Hana), polis tərəfindən ayrıseçkilik görür

JYJ-dən Park Yuçon(Park Yoochun)-un köhnə sevgilisi Hvanq Hana(Hwang Hana), polis tərəfindən ayrıseçkilik görür.

Hvanq Hana, narkotik istifadəsi və satmaqla günahlandırıldı. Lakin, heç bir cəza almadı.

JYJ-dən Park Yuçonun köhnə sevgilisi və Namyang Dairy Products şirkətinin nəvəsi olan Hvanq Hana, polisdən xüsusi rəftar görməklə ittiham edilir.

İlyo Sisaya görə, Hvanq Hana son zamanlarda qanunsuz narkotik istifadəsi ilə günahlandırılır amma polis bu məsələ ilə bağlı heç bir rəsmi tədbir görmür.

8 yanvar 2016-cı il tarixində bir universitet tələbəsi “Ço” , birdən çox metamfetamin aldığına görə 2 il 6 ay həbs cəzası aldı. İlyo Sisanın aldığı yazılı qərara görə Ço, həbləri Hvanq Hana ilə birlikdə 8 dəfə qəbul edib.

Hvanq Hana həmçinin, Ço ilə birlikdə metamfetamin almaq və satmaqla da günahlandırılır. Yazılı qərara görə Hvanq Hana, Çoya 2015-ci ilin sentyabr ayında Qanqnamda 0.5 qr amfetamin olan çanta verib. Daha sonra Ço, 300.000 KR Vonunu Hvanqın bank hesabına köçürüb.

Həmçinin, Hvanq və Çonun birlikdə amfetamin qəbul etdikləri də ortaya çıxdı. Amfetamin maye halına gətirilərək , tək istifadəlik şpristlər vasitəsi ilə 3 dəfə Çonun qoluna yeridilib.

Məhkəmə, Ço və Hvanq Hananın birlikdə metamfetamin qebul etdiklərini təsdiqləmiş, ancaq heç bir cezə qəbul etməmişdir.

Yazılı qərarda Hvanqın narkotik tədarükcüsü olduğu və tədarükcünün narkotik istifadəsindən daha ciddi cəzaya məhkum olması bildirilir.

”Yazılı qərarda Hvanq narkotik tədarükcüsüdür. Narkotik qanunlarına görə tədarükcü, istifadəçidən daha ağır cəzaya məhkum olunmalıdır.” -vəkil.

 

Həmçinin, Çonun 2015-ci ilin oktyabr ayında narkotik istifadəsi ilə günahlandırıldığını və Conqno Polis Şöbəsində istintaqa məruz qaldığı bildirilib. Çonun bir tanışı Hvanqın istintaqda iştirak etmədiyini də bildirib.

Hvanqın polisdən gördüyü rəftarla bağlı vəzifəli subaylara tez-tez lovğalandığı ortaya çıxdı.

2015-ci ilin dekabr ayında istintaqın bitməsi ilə bağlı Hvanq Hana belə bir mesaj göndərib:

”Çünki bir problemim var.(anam əsəbləşir). Mənim üçün həlledəcəklərini dedilər. Deyəsən günahlandırıram.”

Hvanq Hana keçmişdə bir dəfə rəisin ofisinin şəklini sosyal şəbəkədə paylaşıb və dərhal silib. Həmçinin, Hvanq Hananın əmisi və atasının rəislə yaxın dost olduğunu söyləyib.

 

TAGS:
Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova