//Hvanq Conq Im və BtoB qrupunun üzvü Yuk Sonq Ce yeni serialda

Hvanq Conq Im və BtoB qrupunun üzvü Yuk Sonq Ce yeni serialda

 

JTBS kanalının “Ssang Gap Pocha” adlı yeni serialının baş rol obrazlarını məşhur aktrisa Hvanq Conq Im (Hwang Jung Eum), BtoB qrupunun üzvü aktyor Yuk Sonq Ce (Yook Seong-jae) və Çoi Von Yonq (Choi Won-yeong), İ Cun Hyok (Lee Joon-hyeok) oynayacaq. Serialın süjet xətti hər gecə, binanın başında qurulan sirli yemək çadrından və çadırın qonaqlarından bəhs edəcək. Çadırın qonaqları təkcə həyatda olan insanlar deyil həm də ölülərdir. Mistik, fantastik janrda olan serialın çəkilişlərinə 2019-cu ilin sentyabr ayında başlanılacaq, ancaq 2020-ci ilin ilk yarım ilində efirdə yayımlancaq. Qeyd edək ki, sözügedən serial Korea Comic Awards 2017 müsabiqəsinin, Excellence Award mükafatına laiq görülən eyni adlı vebtune əsasında çəkiləck.