Hollywood ulduzları, “6 Underground” filminin aktyorları Running Man proqramına qatıldılar!
Underground aktyorları Ryan Reynolds, Melanie Laurent, Adria Arjona Koreyanın məhşur proqramlarından biri olan Running Man-ə qatıldıar. Qonaqların özlərini təqdim etmə qismində Running Man üzvü Kim Conq Kuk (Kim Jongkook) Adria Arijona-dan K-Pop məşhurlarını və ya hər hansı K-Pop mahnısını bilib-bilmədiyini soruşur. Bu zaman, Ryan Reynolds zarafat edərək Adria-ya “Onlara BTS tatunu göstər” deyir. Əvvəlcə Running Man üzvləri bunu ciddi qəbul etsə də, daha sonra zarafat olduğunu anlayırlar. Ryan Reynolds zarafatına davam edərək “Belimdə EXO tatusu var” deyir. Onun bu hərəkətləri hər kəsin gülməyinə səbəb olur. Görünür ki, K-Pop Hollywood ulduzlarının diqqətini çəkib.
- Reper İron vəfat etdi. - 25 Yanvar 2021
- Dispatch ilin ilk cütlüyünü açıqladı - 01 Yanvar 2021
- Maskaların belə yaraşıqlarını gizlədə bilmədiyi məşhurlar. - 13 Dekabr 2020