//Hollivud aktrisası Megan Fox Koreya filmindəki rolundan bəhs edib

Hollivud aktrisası Megan Fox Koreya filmindəki rolundan bəhs edib

 

Avqust ayının 30-da KBS2 kanalının qonağı olan aktrisa, model Megan Fox “Battle of Jangsari” filmindəki rolundan və Koreya mətbəxindən bəhs edib.  Xatırladaq ki, film Koreya müharibəsindən bəhs edir. Real hadisələr əsasında çəkilən filmin süjet xətti 772 nömrəli tələbə, əsgərin 15 sentyabr 1950-ci ildə öz həyatını təhlükəliyə ataraq Amerikan qoşunlarını Incheon Limanına enməsinə kömək edən əsgərdən və tarixi əhəmiyyətli təxribat əməliyyatdından bəhs edir.  Filmin baş qəhrəmani aktyor Kim Myonq Min (Kim Myeong-min) komandir İ Myonq Cun (Lee Myung-Joon), aktrisa Megan Fox əfsanəvi jurnalist Marguerite Higgins rolunu canlandırıb. Bununla yanaşı filmdə digər məşhurlardan müğənni Minho, Kim Sonq Çol (Kim Sung-Cheol) və digərləri yer alıb. Hollivudun məşhur aktirsası filmdə yer alma səbəbini belə açıqlayıb “Mənə verilən bu fürsəti dəyərləndirməyə bilməzdim. Mənim qəhrəmanım elə bir qadındır ki, onun rolunu oynamaq mənim üçün şərəfdir” sözlərini qeyd edib. Daha sonra Koreya yeməkləri haqqında söhbət açan aktrisa bu sözləri deyib: “Mən Koreya manqalını çox sevdim. Bir də, daha doğrusu nə adlandırıldığını xatırlamıram, düyü və müxtəlif ədviyyatların, mal əti sümüyünün bulyonundan hazırlanmış şorbasını çox bəyəndim. Deyilənə görə bu şorbanı xəstə olduğunuz zaman yemək dərman kimi insana yaxşı gəlir. Mən onu səhər yeməyində yedim və çox sevdim. Təkcə bunu deyə bilərəm ki, bir sözlə möhtəşəm idi. Böyük məmnuniyyətlə Koreya mətbəxinin digər yeməklərinin də dadına baxaram”