//Highlight(Beast)-dan Yonq Cunhyonq(Yong Junhyung)-un gizli görüntüləri paylaşan digər müğənni olduğu ilə bağlı iddia qaldırıldı

Highlight(Beast)-dan Yonq Cunhyonq(Yong Junhyung)-un gizli görüntüləri paylaşan digər müğənni olduğu ilə bağlı iddia qaldırıldı

Around Us Entertainment, Yonq Cunhyonqun qanunsuz gizli kamera görüntülərinin paylaşıldığı söhbət qurupundakı müğənni olduğu iddialarına cavab verdi.

11 martda SBS-nin saat 8 xəbərlərində BIGBANG-dan Sınqrinin də olduğu söhbət qrupundan bəhs edildi. Daha öncə gizli kamera görüntüləri və şəkillərin paylaşıldığı qrupda Sınqri, iki kişi müğənni, Yuri Holdingin CEOsu Yu, şahid cənab Kim  başqa əyləncə işcisi və iki adi vətəndaşın olduğu iddia edilmişdi.

SBS xəbərlərində müğənnilərdən birinin Yonq Cunhyonq olduğu bildirilib. Söhbət qrupunda müğənni Yonq olaraq adı keçib. Yonq soyadı Koreyada yayılmış soyad olmadığından həmin müğəninin Yonq Cunhyonq olduğu ehtimal edilir.

Martın 11-i Around Us Entertainment: “Bunun Yonq Cunhyonq olmadığını təsdiqlədik. Bu əsassız söz-söhbətdir.”- deyə bildirilib.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova