Qeyd edək ki, Son Donq Vun (Son Dong-woon) tərəfindən paylaşılan bu məktub ilkdir. May ayının 15-də Highlight qrupunun rəsmi Twitter səhfəsində paylaşılan məktub, pərəstişkarlara həsr olunub. Paylaşılan məktubun altında bu sözlər yazılıb: “Hərbi xidmət göstərən 23-cü təlim alayının komandiri, 9 nömrəli əsgər Son Donq Vun (Son Dong-woon). Əsgərin məktubuna cavab yazmağınızı sizdən xahiş edirik. Belə ki, o, sizə məktub yazaraq minnətdarlığını bildirib”. Gəlin birlikdə yazılan məktubu oxuyaq.
“Lightsa ünvanlanıb.
Hamını salamlayıram. Mən 23-cü təlim alayının, 1 nömrəli təlim mərkəzinin, 2-ci tağımının komandiri, 9 nömrəli əsgər Son Donq Vundur (Son Dong-woon). Bu gün mənim hərbi xidmətimin üçüncü günüdür. Mən hərbi hazırlıq formasına olan şəklimi sizinlə bölüşürəm. Çox güman ki, bu məktubu oxuyanda artıq bu şəkillərimi çoxdan görmüş olacaqsınız. Mən özümə çoxlu məşğuliyyət və əyləncəli, maraqlı işlər tapmışam. Məsələn mənim ən sevdiyim rəqəm 9-un mənim hərbi xidmət nömrəm olması, daha sonra mənim mərkəzdə deyil də məhz pəncərə kənarında yatmağım, daha sonra yemək menyusunu səbirsizliklə gözləməyim və s. Bu gün anlayıram ki, məni bu balaca xoşbəxtliklər əhatə edib. Ola bilər ki, hal-hazırda sizin də Highlight ilə bağlı balaca xoşbəxtlikləriniz olmasın, amma ümid edirəm ki, siz də mənim kimi sizi əhatə ədan balaca xoşbəxtlikləri əlinizdən qaçırmayacaqsınız.
Mən də, Yanq Yo Sob (Yang Yo-seob) kimi birinci təlim mərkəzinin, 23-cü alayının komandiri təyin olunmuşam. Bizim alayda yaşca ən böyük mənəm. Alayın digər üzvləri məndən ən az 6 və ya 7 yaş balacadırlar. Onlar var gücləri ilə mənim göstərişlərimi yerinə yetirməyə, mən də var gücümlə yaxşı lider olmaq üçün əlimdən gələni edirəm. Bundan başqa məndə hər şey qaydasındadır. Çünki burada bütün komandirlər çox yaxşı insanlardır. Düşünürəm ki, təlimlərimi uğurla tamamlaya biləcəyəm. Mən artıq məktubu yekunlaşdırmalıyam. Belə ki, artıq yemək yeməy vaxtı yetişib. Təkrar yazacağam. Özünüzü qoruyun!”.
[훈련병의 편지] 23연대에서 1소대 소대장 훈련병이 된 손동운 훈련병이 라이트 여러분들께 보내는 첫 번째 편지가 도착했습니다! 낯선 곳에서 나름의 행복, 나름의 재미를 찾아가며 사소한 일상 속에 묻어있는 행복들에 감사해하는 손동운 훈련병의 첫 번째 편지에 많은 답장 부탁드립니다:) pic.twitter.com/5dVhgL0kJY
— 하이라이트 (Highlight) (@Highlight_AUent) May 15, 2019
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020