Highlight qrupundan Conhyonq, müğənni Conq Cun Yonqun gizli kamera çəkilişləri ilə bağlı mübahisələrə qatıldığını etiraf etdi və qrupdan ayrılacaq.
14 martda Around US Entertainment 2015-ci ilin sonlarında Yonq Conhyonqun bir içki məclisində Conq Cun Yonqla bir araya gəldiyini və gənclərin qanunsuz gizli kamera çəkilişləri etdiyini , həmçinin, Conhyonqun gizli görüntüləri izlədiyini və Conq Cun Yonq ilə video haqqında fikir mübadiləsi etdiyini bildirdi.
13 martda Conhyonq, Conq Cun Yonqun davam edən istintaqına mövzu ilə bağlı şahid kimi qatılıb. Around US Entertainment : “ Yonq Conhyonqun şahid sorğusu vasitəsilə doğruları bilirik. Bu məsələnin ciddiyətini anladıqdan sonra Conhyonq xüsusilə sorğuda yer aldı. Uyğunsuz hərəkətlərlə birlikdə şübhəsiz ki, keçmişdə əxlaqsızlığa yol açıb. Bu hadisənin bağışlanacaq bir hadisə olmadığını bilir və pərəstişkarlarının məyus etdiyimiz üçün üzr istəyirik. Qrubun imicinə zərər verən Conhyonqun, 14 mart 2019-cu ildən etibarən qrupdan ayrılacağını bildiririk.
Son olaraq Conqhyonq qalmaqala qarışdıqda belə doğruları eldə edə bilmədik və tələsik bir açıqlama etdik. Həmin açıqlamanın qarışıqlığa səbəb olduğu üçün üzr istəyirik. Highlighti dəstəkləyənlərdən bir daha üzr istəyirik.
Bu həftənin başında Conhyonqun, gizli kamera görüntülərini paylaşdığı Conq Cun Yonqun KakaoTalk qrupunun iştirakcısı olduğu bildirilmişdi. Şirkət iddiaları rədd edərək iddialara tez bir şəkildə cavab vermişdi.
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021