//Highlight-dan Yonq Conhyonq gizli kamera görüntülərinin olduğu söhbət qrupu otağında iştirakına dair şayiələri şəxsi olaraq rədd etdi

Highlight-dan Yonq Conhyonq gizli kamera görüntülərinin olduğu söhbət qrupu otağında iştirakına dair şayiələri şəxsi olaraq rədd etdi

Highlight-dan Yonq Conhyonq, spekulyasiyalara şəxsən cavab vermək üçün Instagramda yazı paylaşıb.

SBS-in martın 11-i yayımlanan hesabatında, müğənnilərdən birinin Conq Cun Yonq olduğu, digər müğənninin isə yalnız “Singer Yong” kimi tanındığını bildirib. SBS News, “Singer Yonq” un Jonq Cun Yonqa cavab verdiyi ekran görüntüsünün olduğunu iddia edir.

Yonq, Koreyada məşhur soyad olmadığı üçün media işçiləri, “Singer Yonq” un Yonq Conhyonq olduğunu iddia edib.

Daha sonra 11 martda Yonqun şirkəti, Around Us Entertainment, məşhurun söhbət otağında olmadığını açıqlayan bəyanat verib.

Yonq Conhyonq vəziyyəti ələ almaq üçün birbaşa Instagramda yazı yayımladı:

“Salam, mən Yonq Cunhyonqam.

Mən də mürəkkəb bir vəziyyətin içindəyəm, ancaq mənim üçün narahat olan və ya qəzəbli olan bir çox insan olduğu üçün bu yazını şəxsi olaraq bölüşürəm. Mənim bu söhbətə qoşulduğumu və yaxalandığımı söyləyən bir çox xəbəri eşidəndə həqiqətən təəccübləndim və doğru olub olmamasından asılı olmayaraq adımın bu məsələdə hallanmasına görə özümə heyfisləndim.

Xəbərin mahiyyəti tamamilə doğru deyil və bu haqqda eşidəndə, bu cür hadisələrin niyə baş verdiyini belə anlamadım.

Bəzən bir suala düşünmədən cavab verdiyinizə görə peşman olursunuz. Gələcəkdə dediyim və gördüyüm hər şey haqqında bir az daha diqqətli olacağam.”

TAGS:

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan