Mayın 9-u Around Us Entertainment rəsmi açıqlama verdi: “Donun (Dongwoon) Koreya vaxtı ilə 14:00-da ailəsi və şirkət işçiləri ilə vidalaşaraq sakitcə hərbi xidmətə cəlb olundu. O, hərbi vəzifələrini nümunəvi şəkildə həyata keçirəcəyinə dair söz verdi. Biz sizdən xahiş edirik ki, Donunun hərbi xidmətə cəlb olunma tarixi və məkanını açıqlamadığımızı anlayışla qarşılayasınız. Çünki o, sakitcə vidalaşmaq istəyirdi.”
Donun polis məmuru vəzifəsi kimi xidmət etməmişdən əvvəl ilk təlimlərini Cənubi Çunqçonq vilayətində yerləşən Nonsan Ordu Cəlb edən Tədris Mərkəzində keçir. Donun hərbi xidmətə cəlb olunan son Highlight üzvüdür.
Donun hərbi xidmətə cəlb olunmamışdan öncə pərəstişkarlarına əlyazma məktubu buraxıb.
Latest posts by Gülsüm İbrahimova (see all)
- Ci Çanq Uk əsgərlikdə 12 kq kökəldiyini açıqladı - 16 May 2019
- Cenninin klipi 300 milyon baxış sayı qazanıb - 15 May 2019
- EXİD yeni ‘ME&YOU’ klipində ağ geyinmiş gəlinlərdən neon rənglilərə çevrildilər - 15 May 2019