//“He Hymn of Death” serialının yeni fraqmenti yayımlandı

“He Hymn of Death” serialının yeni fraqmenti yayımlandı

SBS`in “He Hymn of Death” (“Death Song”) adlı yeni mini serialının ikinci fraqmenti yayımlandı.

Baş vermiş bir hadisədən uyğunlaşdırılan serial, Koreyanın Yapon işğalı altında olduğu dövrdə iki sevgilinin faciəvi hekayəsindən bəhs edir. Həmçinin bu hekayənin daha əvvəl bir filmi çəkilib və hekayə musiqili teatr halına gətirilib.

Lee Jong-Suk serialda belə bir tamaşanın müəllifi olan Kim Woo-Jin obrazını canlandırır. Shin Hye-Sun serialda Koreyanın ilk qadın soprano (vokal tərifli musiqidə ən kəskin qadın və ya gənc oğlan uşaq səsinə verilən texniki bir addır) olan Yun Sim-Deok obrazını canlandırır. 1926-ci ildə ilk Koreya popu olan Hymn of Death adlı mahnısını qeydə alar..

Serialda Lee Jong-Suk və Shin Hye ilə yanaşı Lee Sang-Yeob və Lee Ji-Hoon da yer alır.

Serialın rejissor kreslosunda “Doctors”, “Romantic Doctor, Teacher Kim” və “While You Were Sleeping” seriallarının rejissoru Park Soo-Jin oturur.

Bütövlükdə 3 seriyadan ibarət olacaq serialın ilk seriyasının 27 Noyabrda yayımlanması planlaşdırılır.

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)