//“Hatch” serialının yeni bir fraqmenti yayımlandı

“Hatch” serialının yeni bir fraqmenti yayımlandı

Əsas heyətində Çonq İl Vu (Jung Il-Woo), Qo Ara (Go Ara), Kvon Yul (Kwon Yool), Park Hun (Park Hoon) və I Kyonq Yanqın (Lee Kyoung-Young) yer aldığı, SBS-in “Hatch” serialının ikinci fraqmenti yayımlandı.

Serial, Coson (Joseon) xanədanlığı dövründə, ədalət və islahat axtarışında olan dörd fərqli adamın ətrafında dönür. Bu dörd nəfər; İ Qım (Lee Geum – “Jung Il-Woo”), Yo Ci (Yeo Ji – Go Ara), Park Mun Su (Park Mun-Soo – Kwon Yool) və Dal Mun (Dal Moon – Park Hoon)dur. Ölkələrində bir islahat keçirmək üçün Şəhzadə İ Qımı kral etməyə çalışırlar.

Serialın rejissor kreslosunda “Il Ji-Mae: The Phantom Thief”,”The Great Seer” və “The Village: Achiaras Secret” seriallarının rejissoru İ Yonq Sok(Lee Yong-Seok) oturur. Serialın ssenari müəllifi “Lee San, Wind of the Palace”, “Dong Yi”, “Horse Doctor” və “Splendid Politics” seriallarını qələmə alan Kim Yi Yanq (Kim Yi-Young)dır.

Serialın ilk seriyasının 11 fevral 2019-cu il tarixində yayımlanması planlaşdırılır.

Ləman Həşimli

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)