//Hansamo tarixində daha bir unudulmaz gün!

Hansamo tarixində daha bir unudulmaz gün!

29 Mart 2019-cu il tarixində Hansamo Azərbaycan komandası və Koreya respublikasının ölkəmizdəki fövqəladə və səyahiyyətli səfiri Kim Tonq Opun 2-ci görüşü baş tutdu. Koreya səfirliyi və Koreyasevərlər (Hansamo) təşkilatının dostluq və iş əlaqələrinin gücləndirilməsi məqsədi ilə baş tutan şam yeməyinə 13 nəfər komanda üzvü ilə yanaşı Koreya səfirliyinin işçi nümayəndələri cənab səfir Kim Tonq Opun iqamətgahına dəvət olundu. Dəvətlilər, ləziz və zəngin Koreya mətbəxinin təamlarının dadına baxdılar. Görüş çərçivəsində cənab səfir artıq 7 ildən çox fəaliyyət göstərən Hansamonun keçmiş işləri və fəaliyyətləri ilə yaxından tanış oldu. Eyni zamanda komandanın gələcək işləri və planları haqda məlumatlandı. Gələcək günlərdə məhz Koreyasevərlər, Hansamo ilə birlikdə yeni layihələr həyata keçirmək istədiyini bildirdi. Bundan əlavə, May ayında baş tutacaq K-Pop festivalının icrasını eyni ilə keçən il olduğu kimi Hansamo komandasına həvalə etdi. Sonda isə, Koreya dilindən tərcümə olunmuş Şin Qyonq Suqun məşhur Anam sənə əmanət kitabı, şam yeməyindən xatirə olaraq dəvətlilərə hədiyyə edildi.

 

Avatar

Latest posts by nuray.kerimova (see all)