//“Hansamo Azərbaycan- Uğur tarixçəmiz”

“Hansamo Azərbaycan- Uğur tarixçəmiz”

 

Bütün Hansamo Azərbaycan kollektivi adından yazılan bir yazıdır bu. Hansamo kollektivinin hissləri, ürək sözləri və bu 7 illik zəhmətini əks etdirən bir yazı.

 Bəli, siz hər biriniz Hansamo komandasını yaxşı tanıyırsınız. Nə az, nə çox 7 ildir ki sizlər üçün gecə-gündüz çalışan zəhmətkeş gənclərdir hər biri. Bu 7 ildə sizlər- Koreyasevərlərlə birgə addımlayıb, sizlərlə birlikdə böyüyüb güclənən gənclər. . .

 Koreyasevərlər asossasiyasının rəsmi qrupunun facebook üzərində 2011-ci ildə yaranmasına baxmayaraq, Hansamo komandası 2014-cü ildə aktiv şəkildə öz fəaliyyətinə başlamışdır. Yarandığı vaxtdan bu günə kimi birlik olmuş, yalnız 1 məqsəd- Koreyasevərlər asossasiyasının böyüməsi və güclənməsi üçün bütün vaxtını, enerjisini sərf etmişdir. Sizlər üçün yəni, Koreya həvəskarları üçün!
 Bu 7 ildə təşkilat komandasının üzvlərindən hər biri qurduğu bu asossasiyanın, üzərində əziyət çəkdiyi, əmək sərf etdiyi bu toplumun necə böyüyüb inkişaf etdiyinin şahidi oldu. Ən böyük festivalından tutmuş ən kiçik yığınıcağına kimi bütün keçirdiyi tədbirlərin hər biri koreyasevərlərin əyləncəli vaxt keçirməsinə və maariflənməsinə köklənmişdir. Əgər bu gün 3 min nəfərə yaxın Koreya həvəskarı olmasaydı heç şübhəsiz, Hansamo komandası da mövcud olmazdı. 12 nəfərdən ibarət təşkilat heyəti və 40 nəfərlik könüllüləri olan bu komandanın  ilham mənbəyi bilavasitə Koreyasevərlərdir. 7 illik əziyyətlərinin nəticəsi olaraq Hansamo komandası 2018-ci il 4 noyabr  Koreyasevərlər asossasiyasının qurulmasını 7-ci ilini qeyd etdi. Bu günü, Azərbaycan Koreyasevərlər tarixinin ən unudulmaz günü adlandıra bilərik. 7 il ərzində gördüyü işlərin yekunu da deyə bilərik. Bəs siz 7 il ərzində Hansamo Azərbaycanın hansı işlər gördüyünü xatırlayırsınızmı? Gəlin birlikdə bu fəaliyyət tarixçəmizə kiçik bir səyahət edib nə kimi işlər gördüyümüzü qısaca xatırlayaq:
2014-cü il 29 yanvar- Koreyaseverlərlə birlikdə ilk kino günümüz (Bakı kinoteatrı)
2015-ci il 4 fevral- “Happy Hansamo” videosunun çəkilişi
2015-ci il 4 aprel- Hansamo Görüş Günü (Bayquş kafe)
2015-ci il 4 iyul- Hansamo Rəsm Sərgisi (Xətai incəsənət mərkəzi)
2015-ci il 29 avqust- Hansamo Görüş Günü (Kafka kafe)
2015-ci il 29 noyabr- K-Pop festival 1 (Sound Factory)
2016-cı il 28 fevral- Görüş günü (Ajda kafe)
2016-ci il 30 avqust- K-Pop festival 2 (My beach)
2016-ci il 25 sentyabr- Kino günü (Erbi kafe)
2017-ci il 5 fevral- Ramyon day (Pi Art Cafe)
2017-ci il 11 avqust- Hanqıl günü (İrəli İctimai Birliyi)
2017-ci il 18 oktyabr- Koreya dili kursu görüş günü (İl Futuro Book Cafe)
2018-ci il 27 yanvar- İmmortal Songs (Galiano lounge)
2018-ci il 28 aprel- K-Pop festival 3 (Opera Hall)
 Koreyasevərlər tarixində İLK görüş günü, ilk kino günü, ilk rəsm sərgisi, ilk k-pop festivalı, ilk odənişsiz Koreya dili günü! Bəli, bu əyləncəli günlərin hər birini ilk dəfə Koreyasevərlər və Hansamo Azərbaycan komandası ilə birlikdə keçirdiniz.
2018-ci il 4 noyabr tarixi isə sizlərlə birlikdə addımladığımız, birlikdə keçirdiyimiz bu 7 ili qeyd etdiyimiz gündür. Sizlərlə birlikdə çoxalıb böyüdüyümüz, uğur qazandığımız, hər birimiz üçün unudulmaz gündür. BİZİM UĞUR TARİXÇƏMİZDİR! Bu uğurlu yolda bizlərlə olduğunuz üçün təşəkkür edirik əziz koreyasevərlər! Biz sizin üçün varıq və həmişə sizin üçün çalışacağıq. Gələcəkdə də görəcəyimiz hər bir işdə sizinlə addımlamaq arzusu ilə. Sizləri sevirik!
                                           Nuray Kərimova
Avatar
Avatar

Latest posts by nuray.kerimova (see all)