//Hanok – ənənəvi Koreya evləri

Hanok – ənənəvi Koreya evləri

Hanok – ənənəvi Koreya evlərinə verilən addır. Koreyaya marağı olan hər bir kəs ən az bir dəfə bu evləri görmüşdür. Ənənəvi Koreya evlərinin təbii quruluşu, memarın yaradıcılığına və istifadə edilən materialların xüsusiyyətlərinə görə formalaşır. Ənənəvi evlərin unikal xüsusiyyətlərindən biri yayda sərin, qışda isə isti olmasıdır. Koreyada yaylar isti, qışlar çox soyuq olmasına baxmayaraq “Ondol” adı verilən zəmin istilik sistemini və “Daechong” adı verilən ağac zəmin isə evin hərarətini normal olaraq təmin edir. Sistem o qədər fəaldır ki, günümüzdə də bir çox evdə hazırda bu sistem istifadə edilir. Ondolun mənasi “ilıq daşlar” deməkdir. Beləliklə evlər yayda sərin, qışda isə isti olur.

Evlər bölgəyə görə də dəyişir. Koreyanın soyuq olan Şimal bölgələrində, istiliyi daha yaxşı saxlamaq üçün evlər qapalı kvadratlar formasında tikilir. Mərkəz bölgələrdə evlər “L” şəklindədir. Koreyanın Cənub bölgələrində açıq “I” şəklindədir. Evlər ayrıca kim üçün inşa edildiyinə görə də qruplaşdırılır: yüksək təbəqə, orta təbəqə, aşağı təbəqə.

Koreyalılar evlərini inşa edərkən ənənələrini də nəzərə alırdılar. Onlar təbiətin həyatlarına toxunduğu qarşılıqlı təsirin fərqində olub, evin inşasında evin istiqamətini də təbiətin ahənginə baxaraq seçirdilər. Hanoklar təbiət, ev və insanlar arasındakı arzu olunan birliyin reallaşması ilə meydana gəlmişdir. Hanokların sadə və bir mərtəbəli olması ənənələrdən irəli gəlirdi. Buna görə saraylara baxdıqda bir mərtəbəli olduğunu görürük, amma buna baxmayaraq içərisi geniş bir şəkildə inşa edilirdi.

Çünki Feng Şuidə yüksək olana Yang, alçaq olana Ying deyilirdi və Koreya bir çox dağa ev sahibliyi etdiyi və ərazinin yüksək keyfiyyəti səbəbilə, yüksək bir ev inşa edilərsə, ölkənin rifahının azalacağına inanırdılar. Hanoklar dəbdəbədən uzaq sadəliklə inşa edildiyi üçün, zərif gözəllikləri və dərinlikləri, təbiətə hörməti gözardı edilməyəcək qədər gözəldir.

Əgər bir gün Koreyanı ziyarət etsəniz, mütləq şəkildə Hanok kəndlərini ziyarət edin. Çünki bu gözəllik görülməyə dəyərdir.

Ləman Həşimli

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)