//Hanlim İncəsənət Məktəbi və Lila İncəsənət Liseyi məzunları

Hanlim İncəsənət Məktəbi və Lila İncəsənət Liseyi məzunları

Fevralın 12-də Hanlim İncəsənət Məktəbi və Lila İncəsənət Liseyi üçün məzuniyyət mərasimi keçirildi. 2000-ci ildə doğulan bir çox idol məzun oldu və həmin xüsusi gün medyanın nəzərindən yayınmadı.

Wanna One – Be Cin Yonq(Bae Jin Young) – (Lila İncəsənət Liseyi)

Be Cin Yonq Lila İncəsənət Liseyindən məzun oldu və məktəb həyatı üçün darıxacağını bildirdi. Yetkin biri olaraq nə edəcəksən sualına:

”Sürücülük vəsiqəsi almaq və atamla birgə bir şeylər içmək istəyirəm” – dedi.

TWİCE – Cou Ccı Vi(Tzuyu) və Çe Yonq(Chaeyoung) (Hanlim İncəsənət Məktəbi)

Cou Ccı Vi və Çe Yonq liseye girmədən öncə fasilə verdiklərindən 2019-cu ildə məzun olanların əksəriyyətindən daha böyükdürlər. Hər ikisidə müəllimləri və məktəb yoldaşları üçün təşəkkürlərini bildirdilər. Çe Yonq:

“Qrup üzvlərimiz səhər bizi təbrik etdi. Nayon(Nayeon) bizə əl yazısı olan kartla çiçək verdi.”

 

IZ*ONE – Kim Çe Von(Kim Chae Won) (Hanlim İncəsənət Məktəbi)

Eyni zamanda Hanim İncəsənət Məktəbi şagirdi  olan Kim Min Cu(Kim Min Ju) , Kim Çe Vonu tək qoymamışdı. Kim Çe Von:

“Məni təbrik edən hərkəsə səmimi qəlbdən təşəkkürlərimi bildirirəm. Artıq bir yetkin olduğum üçün özümü müxtəlif sahələrdə inkişaf etdirərək hər kəsi cəzb etmək istəyirəm.” –dedi.

ASTRO – Sanha (Hanlim İncəsənət Məktəbi)

ASTRO üzvləri Rocky, Munbin(Moonbin), CinCin(JinJin) hamısı Hanlin İncəsənət Məktəbi məzunlarıdır və Sanhaya dəstək olmaq üçün mərasimdə iştirak edirdilər. Rocky keçən il diplom ala bilmədiyi üçün bu il Sanha ilə birgə diplomlarını aldılar.

Fromis_9 – Çe Yonq(Chaeyoung) (Hanlim İncəsənət Məktəbi)

Çe Yonq bütün fromis_9 üzvlərinin dəstəyi ilə məzun oldu. O,:

”Üç il öncə məktəbə girdiyimdə məqsədim ilk addım atmaq idi. Fromis_9 olaraq girdiyim və qrup üzvlərimlə birgə məzun olduğum üçün çox xoşbəxtəm. Bu gün məzun olan hər kəsi təbrik edirəm və bu il təkrar sizi cəzb etmək üçün çalışacağam.” – dedi.

The Boyz – Hval(Hwall) və SonU(Sunwoo) (Hanlim İncəsənət Məktəbi)

Hval və SonU birlikdə Hanlim İncəsənət Məktəbindən məzun oldular.

Golden Child – Bomin (Hanlim İncəsənət Məktəbi)

Golden Child üzvləri Deyol(Daeyeol), Cehyun(Jaehyun) və Taq(Tag) ən kiçik üzvləri Bomini dəstəklədilər.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova