//Han Ye Sıl (Han Ye-Seul)yeni bir serialda rol alacaq

Han Ye Sıl (Han Ye-Seul)yeni bir serialda rol alacaq

Xan Ye-Seul, SBS`in “Big Issue” adlı yeni serialında qadın baş rol obrazı canlandıracaq.

Serial, paparazzi mediasının çılğın dünyasından bəhs edir. Bir fotoya görə bir adam işini və ailəsi olmaq üzrə hər şeyini itirir.

Han Ye-Seul serialda bir paparazzi media orqanının baş redaktoru olan Ji Soo-Hyun obrazını canlandıracaq. Bir vaxtlar həqiqətlərin arxasınca qaçan bir müxbir olma xəyali qururdu. Ancaq bu xəyalından əl çəkdi və “Sunday Tongshin” adlı dedi-qodu qəzetinin baş redaktoru olmağa başladı. Şəxsi əlaqələrini istifadə edərək məşhurların qalmaqallarını gün üzünə çıxarır və bunu edərkən olduqca soyuqqanlı və ürəksiz davranır.

Bu arada, aktyor Joo Jin-Mo`ya serialda digər baş rol obrazı canlandırması üçün təklif aparılıb. Aktyor hazırda təklifi dəyərləndirir.

Serialın rejissor kreslosunda “God’s Gift – 14 Days” serialının rejissoru Lee Dong-Hoo oturur. Serialın ssenaristliyini “Reset”, “Yongpal” və “The K2” seriallarını qələmə alan Jang Hyeok-Rin edir.

Serialın ilk seriyasının Fevral 2019da yayımlanması planlaşdırılır.

Ləman Həşimli
Latest posts by Ləman Həşimli (see all)