//Han Sun Hva, “Save Me” serialının 2-ci sezonunda rol oynaya bilər

Han Sun Hva, “Save Me” serialının 2-ci sezonunda rol oynaya bilər

Han Sun-Hva, OCN-in məşhur serialı “Save Me”nin 2-ci sezonunda qadın baş rol xarakterini canlandıra bilər.

22 fevralda, Han Sun Hvanın agentliyi, “Huayi Brothers”, aktrisanın sözügedən serialdan təklif aldığını təsdiqlədi və müsbət qiymətləndirdiyini bildirdi..

Han Sun Hva əgər təklifi qəbul etsə, serialda Min Çulun ilk məhəbbəti olan Qo In Ah obrazını canlandıracaq.

İlk sezonu 2017-ci ildə nümayiş olunan serialda, pis niyyətli dini bir təriqətin bir qəsəbəni necə xaosa çevirməyindən bəhs edilmiş və serialın baş rollarını So Ye Ci, “2PM” qrupundan Teqyon, Vu Do Hvan və Ço Sonq Ha bölüşmüşdü.

Həmçinin, serialda rol oynaması üçün Esom, Çon Ho Cin və Om Te Unqa təklif edildiyi daha əvvəl açıqlanmışdı.

Serialın rejissor kreslosunda 2018-ci ildə çəkilən “Door Lock” filminin rejissoru İ Kvon oturur.

Serialın, bu ilin ilk yarısında yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan