//“Haechi” serialının uzun fraqmenti yayımlandı

“Haechi” serialının uzun fraqmenti yayımlandı

Əsas heyətində Cunq İl Vo (Jung Il-Woo), Go Ara, Kvon Yol (Kwon Yool), Park Hon (Park Hoon), İ Kyonq Yonq (Lee Kyoung-Young) və Cunq Mon Sunqun (Jung Moon-Sung) rol aldığı, SBS-in “Haechi” serialının 6 dəqiqə 3 saniyəlik uzun fraqmenti yayımlandı.

Serial, Coson dövründə, ədalət və islahat axtarışında olan dörd fərqli adamın ətrafında baş verir. Bu dörd nəfər; İ Gum (Cunq İl-Vo), Yo Ci (Go Ara), Park Mun So (Kvon Yol) və Dal-Mundur (Park Hon). Ölkələrində bir islahat keçirmək üçün şahzadə İ Gumu kral etməyə çalışırlar.

Serialın rejissor stulunda “Il Ji-Mae: The Phantom Thief “,” The Great Seer” və “The Village:Achiara’s Secret” seriallarının ekranlaşdırılmış İ Yonq-Sok (LeeYong-Seok) oturur. Serialın senaristliyini “Lee San, Wind of the Palace”, “Dong Yi”, “Horse Doctor” və “Splendid Politics” seriallarını qələmə alan Kim Yi Yonq (Kim Yi-Young) edir.

Serialın ilk bölümünün 11 fevral 2019-cu il tarixində nümayiş etdirilməsi planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan