//Həzin bir eşq nəğməsi – “Koreya Balladası”

Həzin bir eşq nəğməsi – “Koreya Balladası”

Koreya balladası Cənubi Koreyada yaranmış bir musiqi növüdür. 1980-ci illərdə məşhurluq qazanmış və bir çox fərqli musiqi tərzinə çevrilərək  inkişaf etmişdir. Balladanın Blyuz musiqisində kökləri vardır.

Beynəlxalq tanınmış İncəhisli Balladadan(Sentimental Ballad) bəhs edən Koreya balladası, Koreyada tanındı və çox məşhur bir musiqi üslubuna çevrildi. Barbra Streisand və Lionel Richie mahnılarından ibarət Qərbdən gələn güclü balladalar, Koreyada bir janr kimi balladaların böyüməsini və məşhurluğunu artırdı. 1960-cı illərin sonlarında bazara təqdim olunaraq məşhurluq qazanan ballada, “Qərbin yeddi notu üzərində inşa edilən həzin bir eşq nəğməsi” olaraq fərqlənir. Lakin 1980-ci illərə qədər ballada mahnısının əsas üslubu Koreya mədəniyyətində elə də məşhurluq qazanmamışdı. Koreya mətbuatında qazandığı hörmət Koreya balladasına təsir etdi və çox müxtəlif musiqi üslubları içində inkişaf etdi.

Ballada mövzusu

Məhəbbət və itkiyə, qarşılıqsız sevgi və kədərə aid mövzular hələ də davam edərkən, ballada və digər janrların kəsişməsində mahnılar qeyri-adi alətlərlə ifa oluna bilər və ya musiqi üslubunda və ifadə səviyyəsində fərqlilik göstərə bilər. Ballada janrı incə hissləri təcəssüm etdirməsi səbəbindən, bir çox drama üçün “OST” (red: eng: original soundtrack) olaraq istifadə olunmuşdur. İstər keçmişdə, istərsə də günümüzdə ən çox sevilən drama OST-ları məhz ballada janrında olanlardır. Bunlara misal olaraq, Winter Sonata, Guardian: The Lonely and Great God, My Girlfriend Is a Nine-Tailed Fox və sairə kimi dramaların OST-larını deyə bilərik. Koreya tarixində məşhur ballada müğənnilərinə Lee Moon-se, Lee Sun-hee və Hye Eun-yi kimi sənətçiləri misal göstərmək olar.

Trot və Ballada

“Park dövrünün fon musiqisi” olaraq, (1963-1979 illəri arasında Park Chung-hee diktaturasına istinad edərək) trot musiqisi (red: Cənubi Koreyada pop musiqi janrıdır) də Koreyada olduqca məşhur bir musiqi tərzi idi. Məşhur trot müğənniləri, Cho Yong-pil daxil olmaqla, dinləyicilər arasında məşhurluq qazanmaq üçün müasir Koreya tarixi boyu olduqca təkmilləşən daha sürətli templi və əyləncəli bir musiqi tərzi istifadə etmişlər. Trot mahnılarını oxumaq üçün lazım olan bacarıqlara görə, məşhur müğənnilər “asan dinləmə” tərzi üçün balladalara yönəldilər. Pansori (red: Koreyada qədim musiqi janrıdır) kimi qədim tərz mahnılardan oxuma texnikalarını götürən trot mahnılarından fərqli olaraq ballada tərzində mahnılar yavaş və sadədir.

Rok və Ballada

Rok ballada, həmçinin “elektrik balladası” kimi də tanınır. Əsasən ritm üzərində qurulan musiqi, təbillər və gitara kimi rok janrı ilə bağlı olan alətlərin daxil edilməsi vasitəsilə daha yüksək templərlə və sürətlə güclənə bilər və incəhissli balladadan daha güclüdür. Müğənni Yim Jae-beom-un mahnısı 임재범 너를 위해 (“Sənin Üçün”) (2000), onu həzin-həzin müşayiət edən klaviatura ilə başlayır. Lakin mahnı daha sonra hər bir nəqəratdə təbil müşayiətinin əlavə edilməsi ilə getdikcə daha da bərkdən və şiddətli davam edir. Mahnı davam etdikcə, mahnının emosiyaları elektron gitara solo tərəfindən təqdim edilir.

Digər məşhur rok balladası qruplarına Boohwal-ı daxil etmək olar.

Koreyada rok musiqisinə cavab olaraq məşhurluğun ilkin dalğası 1980-ci illərdə balladanın yüksəlişindən əvvəl başa çatıb. Lakin bundan sonra bu janrın dirçəlməsi, janr içərisində yeni təcrübələrə imkan verdi.

Digər janrlar

Koreyadakı xalq musiqisi, 1970-ci illərdə böyük miqyasda universitet tələbəsinin yaratdığı hökumət əleyhinə hərəkatlardan yaranmışdır. Balladanın xalq musiqi növü haqqında danışdıqda, mütləq məşhur ifaçı Lee Sun-Hee`nin adını çəkməliyik. Onun ifa etdiyi mahnılara “Amerikan xalq musiqisinin Koreya şərhi” adı da verilmişdir. Musiqiləri əksərən akustik gitaranın müşayiəti ilə ifa edilirdi. Məşhur ifası olan  “그대가나를사랑하신다면-Əgər məni sevirsənsə” mahnısı 1991-ci ilin hit musiqilərindən hesab edilir. Bu mahnı bir insanın həqiqətən aşiq olmasının necə hiss etdirəcəyi haqda şərhi özündə birləşdirir. Eləcə də aşiq insanın sevdiyinə qarşı davranışları ustalıqla notlara və sözlərə tökülmüşdür. Mahnı sonlara doğru akustik gitaranın müşayiətindən çıxaraq melonxolik piano səsi ilə davam edir.

Ballada İmperatoru

Shin Seung-hun (신승훈; 1966) 1990-cı illərdə 17 milyon albom satışı ilə “Ballada İmperatoru” kimi tanınan Cənubi Koreyalı müğənni və bəstəkardır. 1990-ci ildə ilk albomu və məşhur mahnısı “Reflection of You in Your Smile-Gülüşündəki sənin əksin” ilə çıxış etdi. İlk albomunu yayımladıqdan sonra Koreyada musiqi siyahılarının ən üst hissəsinə qalxdı. Və ilk albomu Koreyanın əsas mükafatı olan Qızıl Disk mükafatı qazandı. 1991-ci ildə ikinci albomu “Invisible Love-Görünməz sevgi” yayımlandı. Bu albomla, “Ballada İmperatoru” ləqəbini aldı. Bu albomla11 həftə MBC və 14 həftə SBS musiqi sıralaması cədvəllərində liderliyini qoruyub saxladı.  Ginnesin Rekordlar Kitabına düşmüşdür. Sənətçinin bu albomu da Qızıl Disk mükafatı qazandı.

Ballada musiqi qrupu

SG Wannabe, 2004-cü ildə “Timeless” adlı mahnı ilə çıxış edən Cənubi Koreyalı ballada musiqi qrupudur. Qrup adının başında olan “S” və “G” hərfləri Amerikada bir dövrə damğasını vurmuş olan Paul Simon və Art Garfunkel adlı bu iki məşhur sənətçinin soyadlarından gəlir.  “Wannabe” sözü isə çox arzu edilən, gözlənilən mənasına gəlir. Qrup üç vokalistdən ibarətdir və və hər bir üzvünün ayrı bir səs tonuna malik oldugu bilinməkdədir. Koreya xalq melodiyalarını öz mahnılarında birləşdirən bu xüsusi səslər, musiqi bazarına girdikləri ilk gündən bəri özlərindən çox söz etdiriblər. Xüsusilə Yaponiya və Çində böyük heyran kütləsinə sahibdirlər. Qrup üzvü Chae Dong Ha qrupdan ayrılıb tək fəaliyyət göstərsə də, bir müddət sonra dünyasını dəyişdi. Qrup hələ də fəaliyyətini davam etdirir.

Ləman Həşimli

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)