//Hərbi xidmətdə olan məşhurlara onlayn məktub göndərməyin qaydası

Hərbi xidmətdə olan məşhurlara onlayn məktub göndərməyin qaydası

Bu yazımızda sizə hərbi xidmətdə olan koreyalı məşhurlara onlayn olaraq necə məktub göndərmək olar onu başa salacayıq. İlk növbədə xatırladaq ki, mesajları göndərəcəyimiz sayt Koreya ordusunun rəsmi saytıdır. Yəni, yazdığımız məktublar ilk öncə rəsmi şəxslər tərəfindən oxunur. Buna görə də məktub yazarkən arqon ifadə işlətməyərək, hər hansı xoş olmayan və shipper mövzulardan uzaq durmağınız məsləhət olunur.

Daxil olacağımız sayt : https://www.thecamp.or.kr/login/main.do

Daxil olduqdan sonra aşağıdakı ardıcıllıqları izləyərək qeydiyyatdan keçərək, məktub yaza bilərsiniz.

__

__

(Şifrənizi yazarkən simvollardan, rəqəmlərdən və hərflərdən mütləq şəkildə istifadə etməlisiniz.)

 

Bundan sonrakı etabda isə məktub yazmaq istədiyiniz məşhurun məlumatlarını dəqiq bilməlisiniz. Məsələn: ad , soyad, daxil olduğu hərbi bölüyün nömrəsi. Daxil olduqları bölüylərin nömrələri hərbi xidmətə başladıqları zaman məlum olur.

Daha sonra əsas səhifəyə qayıdırıq(The Camp üzərinə klikləyin)

 

Göndərdiyiniz məktublara baxmaq istədikdə və ya yenidən məktub yazmaq istədikdə kafe(카페)-nin üzərinə klikləyərək ardıcıllığı izləməyiniz kifayətdir.

Göndərdiyiniz məktub yoxlanıldıqdan sonra a4 üzərində çap olunaraq, yazdığınız əsgərə təslim edilir.

Göndərilmə tarixlərinin önündə məktubunuz haqqında məlumat əks olunur. Məsələn: 2020.04.14 tarixli məktubun önündə ağ xanadakı  söz məktubunuzun göndərildiyini bildirir.

2020.04.01 tarixli məktubun önündəki yaşıl xanadakı söz isə məktubunuzun artıq çap olunaraq, əsgərə çatdırıldığını bildirir.

Hər hansı əlavə sual yaranarsa Hansamo.az saytının şərh bölməsində və yaxud, Hansamo.az instaqram və Koreyaseverler feysbuk qrupuna yazaraq soruşa bilərsiniz.

TAGS:
Elmina Səfərova