//Hərbi xidmətdə olan idolların iştirak etdiyi hərbi janrdakı musiqili teatrın afişaları yayımlanıb

Hərbi xidmətdə olan idolların iştirak etdiyi hərbi janrdakı musiqili teatrın afişaları yayımlanıb

Ordunun musiqili teatrı “Return: The Promise of the Day”-də qrup üzvlərinin fərdi afişalarını paylaşdı!

“Return: The Promise of the Day” Koreya müharibəsi zamanı ölkələrini qorumaq üçün canlarını fəda edən qəhrəman əsgərlərin qalıqlarının qazılması mövzusuna aid orijinal hərbi janrda musiqili teatrdır.

Musiqili teatrın ilk pərdəsi döyüşdə həlak olan yoldaşlarının qalıqlarını axtarmaq üçün Dabu-nun dağlarını gəzən müharibə veteranı Sınq Ho(Seung Ho) ilə başlayır. Əsgər yoldaşlarını tapmaq üçün qayıdan Sınq Ho, eləcə də Koreya müharibəsi illərində döyüşən bu gənc musiqili teatrın ən əsas obrazıdır.

EXO-dan Xiumin, SHINee-dan Onew və daha çox məşhur daxil olmaqla bir çox idol qrup  üzvlərinin musiqili teatra qoşulduğu təsdiqləndi. Sentyabrın 9-da musiqili teatrın aktyorlarının fərdi afişalarının yayımlanması,  premyerasına daha da böyük maraq oyatdı.

SHINee-nin Onew və EXO-dan Xiumin gənc Sınq Ho rolunu canlandıracaqlar.

VIXX-dən N və İ Ce Kyun (Lee Jae Kyoon) dostları tərəfindən hörmət edilən personaj olan Hae İl rolunu oynayacaqlar.

Kim Min Suk və INFINITE-dən Sonqyol (Sungyeol),  Sınq Ho-nun ən yaxın dostu Cin Qu(Jin Goo) rolunu oynayacaqlar.

Sınq Ho-nun nəvəsi Hyon Min rolunu Ci Kvon (Jo Kwon) və Qo In Sonq(Go Eun Sung) oynayacaqlar.

Hyun Min və qazıntı qrupunun qalan hissəsinə rəhbərlik edən U Cu(Woo Joo), INFINITE-dən Sonqqyu (Sunggyu) və Yun Vi Sonq (Yoon Ji Sung) tərəfindən oynanılacaq.

“Return: The Promise of the Day” 22 oktyabr – 1 dekabr tarixləri arasında Seuldakı Olimpiya Parkının Uri İncəsənət salonunda reallaşdırılması planlaşdırılır.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova