//Həqiqi həyat hekayələrinə əsaslanaraq çəkilən 5 Koreya filmi

Həqiqi həyat hekayələrinə əsaslanaraq çəkilən 5 Koreya filmi

Hər birimizin bəyənərək izlədiyimiz həqiqi həyat hekayələrinə əsaslanan Koreya filmi (1-ci hissə)

1.Alov içərisində (İnto the fire), (포화 속으로)

Baş rollarını Çe Sınq Hyon(Choi Seung Hyun)(T.O.P), Kvon Sanq U(Kwon Sang Woo), Kim Sınq U(Kim Seung Woo), Ça Sınq Von(Cha Seung Won), Kim Hye Sonq(Kim Hye Seong) və Park Cin Hi(Park Jin Hee)nin paylaşdığı film, Koreya müharibəsi zamanı yüzlərlə Şimali Koreya əsgərinə qarşı döyüşən 71 Cənubi koreyalı şagirdin qəhrəmanlıq mübarizəsəndən bəhs edir.

2.Qətlin xatirələri (Memories of murder), (살인의 추억)

Baş rollarını Sonq Kanq Ho(Song Kang Ho), Kim Sanq Kyunq(Kim Sang Kyung) paylaşdığı film, Cənubi Koreyanın 1986 və 1991 illərində  Hvasonq şəhərində(화성시) baş verən ölkənin ilk seriya cinayətlərindən bəhs edir.

3.Səssizlik (Silenced), (도가니)

Baş rollarını Qonq Yu(Gong Yoo),Conq Yu Mi(Jung Yoo Mi),Bek Sınq Hvan(Baek Seung Hwan)nın paylaşdığı film, lal-kar məktəbindəki uşaqların müəllimlər və direktor tərəfindən təcavüzə, zorakılığa məruz qalmağından bəhs edir.

4.Mənim atam (My father), (마이파더)

Baş rollarını Daniel Henney, Kim Yonq Çol(Kim Yeong Cheol)un paylaşdığı film, uşaqlıqda Amerikaya övladlıq verilən James Parkerin illər sonra ailəsini tapmaq üçün amerika əsgəri olaraq Koreyaya geri dönməsi və həbsxanada  edam cəzasını gözləyən atası ilə qarşılaşmasından bəhs edir.

5. Yonpyonq döyüşü (YeonPyeong war), (연평해전)

Filmin baş rollarını İ Hyon U(Lee Hyun Woo),Cin Qu(Jin Goo), Kim Mu Yol(Kim Moo Yeol)paylaşır. 2002FİFA Dünya Çempionatı ərəfəsində Cənubi Koreyanın Türkiyə üzərindəki qələbəsi ilə 4-cü yeri qazanan koreya millisi xalqa böyük bir sevinc yaşadır. Lakin bu sevinc çox uzun çəkmir. Şimali Koreya keçmiş zamanlardan Cənubi Koreya ilə mübahisəli ərazi olan Yonpyonq adasını bombalayır. Film acı itkilər və gənc koreya əsgərlərinin cəsarət, fədakarlıq hisslərindən bəhs edir.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova