//Həqiqi həyat hekayələrinə əsaslanaraq çəkilən 5 Koreya filmi

Həqiqi həyat hekayələrinə əsaslanaraq çəkilən 5 Koreya filmi

Hər birimizin bəyənərək izlədiyimiz həqiqi həyat hekayələrinə əsaslanaraq çəkilən 5 Koreya filmi (2-ci hissə)

1.Qovalayan (The Chaser) , (추격자)

Baş rollarını Kim Yun Soq(Kim Yoon Seok) və Ha Conq U(Ha Jung Woo)-nun bölüşdüyü film, Cənubi Koreyada 21 insanı öldürərək seriya cinayətlər törədən Yu Yonq Çol( Yoo Young Chul) və əvvəllər polis olub , sonradan isə qadın alveri ilə məşğul olan Junq Ho (Joong Ho)-dan bəhs edir.

2.Myonqryanq döyüşü (The admiral: Roaring currents) , (명량)

Baş rollarını Çe Min Şik(Choi Min Shik) və Ryu Sınq Ryonq(Ryu Seung Ryong)-un bölüşdüyü film, 26 oktyabr 1597-ci ildə əmri altında cəmi 12 gəmi olan admiral Yi Sun Şinin 100dən çox gəmiyə sahib olan komandir Kurushima Michifusaya qarşı Yapon – Koreya müharibəsindən bəhs edir.

3.İtevon cinayət davası (The case of İtaewon homicide), (이태원 살인사건)

Baş rollarını Çanq Kın Sok(Jang Keun Suk) və Sonq Cunq Ki (Song Joong Ki)nin bölüşdüyü film,  1997-ci ildə İtevondakı qamburger restoranlarının birində qətlə yetirilmiş xarici şagirdin cinayətindən bəhs edir. İki əslən koreyalı olan amerikalı gənc Pearson və Alex cinayəti bir-birlərinin üzərinə atar. Cinayət hələdə həll edilməmiş cinayətlər arasındadır.

4.Han Qonq Cu ( Han Gong Ju) , (한공주)

Baş rolunu Çon U He(Chun Woo Hee)nin canlandırdığı film, 17 yaşında cinsi zorakılığa məruz qalan Qonq Cunun zərər çəkmiş olduğu halda hər kəs tərəfindən günahlandırılması və çəkdiyi acılardan bəhs edir.

5. 18 May (May 18), (화려한 휴가)

Baş rolunu Kim Sanq Kyonq(Kim Sang Kyung)un canlandırdığı film, 18 may 1980-ci ildə Qvanqcuda əsgərlərlə xalq arasında baş vermiş hadisələrdən bəhs edir. “Silahdan daha güclü bir şey vardır . Xalq! “ Bu şüarı ən gözəl ifadə edən filmlərdəndir.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova