//Qyonqbokqunq sarayına yeni giriş, Yonqçumun qapısı 43 il sonra ictimaiyyətə açıqdır

Qyonqbokqunq sarayına yeni giriş, Yonqçumun qapısı 43 il sonra ictimaiyyətə açıqdır

Gyeongbokgung Sarayına yeni giriş, Yonqçumun Qapısı  (Qərb darvazası), 6 dekabr 2018-ci il tarixində ictimaiyyətə açıldı.
Cümə axşamı Seulda Mədəniyyət Varlıqları İdarəsi tərəfindən xüsusi bir mərasim təşkil edildi və tədbirdə Seulun Gyeongbokgung Sarayında məşhur qapının açılmasını qeyd edildi.

Coson sülaləsi dövründə tikilmiş  Gyeongbokgung sarayının dörd qapıdan biri olan giriş 43 il qapalı qaldıqdan sonra ictimaiyyətə yenidən açıldı.

Sarayın qərb tərəfində yerləşən Yonqçumun qapısı 1975-ci ildən ictimaiyyətə bağlanıb. Coson sülaləsi dövründə Yonqçumun Qapısı tez-tez vətəndaş və hərbi səlahiyyətlilər tərəfindən istifadə edilmişdir. Qapı 1592-ci ildə Yaponiyanın Yaponiyaya işğalı zamanı yanğınla məhv edilmişdi, lakin Gojong dövründə Heungseon Daewongun əmri ilə yenidən quruldu.

“Mavi Ev kimi  qapının yaxınlığında olan hökumət  qurumlarını qorumaq üçün, Yonqçumun  darvazasını mühafizə edən xüsusi bir təhlükəsizlik qüvvəsi var idi ki,bu da indiyənə qədər qapını açıq saxlamağı çətinləşdirir. ”

Ancaq cümə axşamı günündən etibarən insanlar sarayın içindən və kənarından hərəkət etmək üçün bu qapıdan sərbəst istifadə edə bilərlər.
Bu keçidin turistlərin və yerli əhalinin yaxınlıqda yerləşən qalereyaları, restoranları və kafeləri ziyarət etməsini asanlaşdırması gözlənilir.

İndi qonaqlar Gyeongbokgung sarayına dörd bir yandan, qərbdə Yongchumun qapısı, cənubda Gwanghwamun qapısı, şimalda Sinövmunun qapısı və şərqədən Koreyanın milli Xalq Muzeyi girişindən daxil ola bilərlər . Yongchumun Qapısı  üçün qəbul və iş saatları digər girişlərlə eynidır və bilet Yongchumun Qapısı bilet ofisində əldə edilə bilər.

 

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər