//Grammy prodüseri Ben Winston BTS-in Grammy-dəki “Dynamite” performansı haqqında danışdı

Grammy prodüseri Ben Winston BTS-in Grammy-dəki “Dynamite” performansı haqqında danışdı

Grammy prodüseri Ben Winston BTS-in Grammy-dəki “Dynamite” performansı  haqqında danışdı:

“Bir neçə ay əvvəl BTS-i “The Late Late Şhow” üçün çağırdıq. Performans  haqqında bizə heç nə demədilər. Yalnız videolarını göndərdilər, çünki karantin müddəti ərzində sənətçiləri studiyada canlı olaraq çəkə bilmədiyimiz bir zaman idi və sənətçilərin çıxışlarına özümüz çəkmədiyimiz müddətdə qarışmırıq. Videonu göndərdilər və ilk açdığım anı heç vaxt unutmayacağam. “The Late Late Show” setini yenidən qurmuşdular. Jamesin oturduğu yer, qonaqların əyləşdiyi yer, performans sahnəsini eyni ilə yenidən inşa etmişdilər. Böyük bir təşəbbüs idi və hər şey çox qüsursuz idi. Stolu düz hazırlamışdılar,  kuboku düzgün tapmışdılar, “efirdə” sözünü düzgün qoymuşdular. Həqiqətən çalışmışdılar. BTS rəhbərliyi ilə danışarkən “Baxın, The Late Late Show üçün etdiyiniz bu heyrətamiz şeyi burada (Los Angeles) ola bilmədiyiniz üçün bir daha edə bilərsinizmi?” dedim. Üç və ya daha az həftəmiz qalmışdı  və onlar “Bəli! Bunu edə bilərik” deyə cavab verdi. Çox insanın fərq etmədiyi daha bir yaxşı şey, olduqları yerə istinad edərək çiçəkləri Koreya gülləri ilə əvəz etmələri idi. Performansları əla idi. Saxtakarlıq yox idi, canlı bir ifa idi. Canlı vokal idi. Tamami ilə möhtəşəm idi və “Çəkiliş üçün  Los Angelesdə olmalısan” qaydamı pozmağa dəyərdi.”

TAGS: