//“Gracefully Prepare For Revenge” serialının video və şəkil tizri yayımlandı

“Gracefully Prepare For Revenge” serialının video və şəkil tizri yayımlandı

 

KBS 2TV kanalının yeni “Gracefully Prepare For Revenge” adlı serialının ilk video və şəkil tizri yayımlandı. Serialın baş rol oyuncuları aktrisa Ça Ye Ryon (Cha Ye Ryun), Çoi Myonq Gildir (Choi Myung Gil). Serial intiqam, dram, detetektiv janrındadır. Yayımlanan video tizrdəndə aydın görünür ki, qızının dodağına pomada çəkərək, boynuna boyunbağı, qollarına bilərzik taxaraq onu hansısa böyük bir işin planına hazırlayır. Anasına sən heç bir şeydən narahat olma, sadəcə izlə və gör mən necə intiqam alıram sözləri deyilir. Serialın bu ilin noyabr ayına yayımlanması planlaşdırılır.