//GOT7 qrupu yeni albomlarının şəkillərini paylaşdı

GOT7 qrupu yeni albomlarının şəkillərini paylaşdı

GOT7 qrupu yaxın müddətdə geri dönüş edəcəyini bildirib.

26 apreldə GOT7, gələcək albomları “Spinning TOP- Between Security & İnsecurity”-nin qablaşdırmasının detallarını paylaşıb. Bundan əlavə JYP Entertainment iyun ayında qrupun dünya turuna çıxacağını və buna görə də may ayında geri dönüş edəcəklərini təsdiqlədi.

Albomun iki versiyası olacaq : Security and Insecurity. Hər birində 7 fərqli şəkil kitabçası və şəkil kartları, CD-Rs, xüsusi kartlar, stikerlər və posterlər olacaq.

Albom rəsmi olaraq may ayının 20-si çıxacaq və qrupun dünya turu 15 iyunda başlayacaq. Həmçinin GOT7 bu il keçirələcək “Billboard Music Awards”-da “Ən yaxşı Sosyal Sənətci”  kateqoriyasına namizəd olub.

TAGS:
Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova