Gong Yoo 3 illik aradan sonra yeni serial ilə geri qayıda bilər.
Məşhur aktyor Gong Yooya Netflixin “The Sea of Silence” serialında baş rol obrazını canlandırmaq üçün təklif göndərilib.
Serial dünyada səhralaşma səbəbindən su və qida qıtlığı olan distopiya haqqındadır. Agentlər elmi tətqiqat aparmaq üçün tərk edilmiş ay bazasına səyahət edir. Elmi-fantastik janrda olan serial gələcəkdə Yer kürəsinin necə olacağını göstərəcək.
Əgər Gong Yoo təklifi qəbul edərsə, kosmik agentliyin əsgəri və komanda lideri Yunjae rolunu oynayacaq. Yunjae, görkəmli bir iş etikasına sahib və xarizma ilə dolu olan parlaq bir liderdir.
Gong Yoonun şirkəti xəbərlərin doğru olduğunu, lakin aktyorun hələ serial haqqında dəqiq qərar vermədiyini açıqlayıb.
Latest posts by Elmina Səfərova (see all)
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021
- Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi - 09 Dekabr 2020