JTBC kanalının yeni serialı «Crash! Insignificant Roommates» adlandırılacaq. JTBC Studio Lululala tərəfindən verilən açıqlamada sözü gedən serialın baş rol qəhrəmanları Golden Child qrupunun oğlanları olacağı deyilir. Serialın süjet xətti məktəb illərində ayrı düşən 10 dostdan bəhs edəcək. Serialda tələbəlik xəyəlları ilə real həyat arasında olan fərqlərə toxunulacaq. Dostları tələbəlik həyatında müxtəlif çətinliklər gözləyir. Onlar sevgi, dostluq, xəyanət, məzəli, gülməli tələbəlik həyatı ilə üzləşəcəklər. Tələbəlik, komediya, həm də drama janrında çəkiləcək olan serial bizi yenidən tələbəlik həyatına qaytaracaq. Serialın oktyabr ayının 16-da yayımlanması planlaşdırılır. Hələlik yayımlanan foto və vıdeo tızrə gəlin birlikdə baxaq.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020