//Girl’s Day qrupunun üzvü Minah “The Best Life” adlı filmdə rol oynayacaq

Girl’s Day qrupunun üzvü Minah “The Best Life” adlı filmdə rol oynayacaq

 

Oktyabr ayının 30-da KİV-nə verilən açıqlamada Girl’s Day qrupunun üzvü Minah “The Best Life” adlı filmdə rol oynayacağı deyilir. Filmin rejissoru İ Vu Conqdur (Lee Woo Jung). Filmin süjet xətti 2015-ci ildə Munhakdonqnedə mükafat qazanmış eyni adlı roman əsasında çəkiləcək. Film gənc yaşlarında insanların səhv və düz seçimlərindən, həmin seçimlərin insanların sonrakı taleyinə təsirindən bəhs edir. Müğənni Minahın filmdəki rolu məktəbli qızı canlandıracaq. Qeyd edək ki, müğənni, idol, aktrisa Minah ilk dəfə 2011-ci ildə debüt edib. “The Best Life” filminin 2020-ci ildə yayımlanması planlaşdırılır.