//“Girl’s Day” qrupunun üzvü Hyeri “Miss Li” serialında baş rol qəhrəmanı

“Girl’s Day” qrupunun üzvü Hyeri “Miss Li” serialında baş rol qəhrəmanı

 

tvN kanalının “Miss Li” adlı yeni serialının baş rol qəhrəmanını canlandırmaq “Girl’s Day” qrupunun üzvü Hyeriyə təklif olunub. Serialın süjet xətti iflasa uğramaqda olan müəssisənin baş mühasibi vəzifəsindən, icracı direktor vəzifəsinə kimi gəlib çata bilən Li Sonşim adında qızdan bəhs edəcək. Onun həyata və dünyaya optimist baxışları sayəsində karyerası dayanmadan irəliləyib və inkişaf eləməyinə səbəb olub. Müğənni serialın süjet xətti haqqında fikirlərini insanlarla bölüşərək belə deyib: “İlk dəfə serialın süjet xətti ilə tanış olanda düşündüm ki, bu kimi çətinliklər bir çox insanın rastlaşdığı çətinliklərdir. Bundan başqa, qəhrəmanın optimistliyi məni də, özünə valeh etdi. Mənim üçün böyük xoşbəxtlikdir ki, belə təəcrübəli insanlarla birgə işləyəcəyəm. Mənim qəhrəmanım həyatdan götrülmə tamamilə realist insandı. Mən Miss Lini yaratmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. Həyatın gerçək tərəflərini göstərmək üçün, azda olsa insanlara sakitlik, ümid gətirmək adına bu rolu layiqincə oynamağa çalışacağam. Seriala maraq göstərməyinizi sizdən xahiş edirəm“. Serialın sentyabr ayında yayımlanması planlaşdırılır.