//Girl’s Day-dən Mina Youtube-da yeni kanal açdı və Pusana olan səyahətindən kadrlar paylaşdı

Girl’s Day-dən Mina Youtube-da yeni kanal açdı və Pusana olan səyahətindən kadrlar paylaşdı

Girl’s Day-dən Mina YouTube-da öz kanalını açdı.

Martın 11-i Mina Instagram-da elan etdi ki, YouTube-da individual kanal yaradıb: «Kanal açıldı!! Zəhmət olmasa, kiçik videoma çoxlu sevgi göstərin. Mən tez-tez sizinlə ünsiyyətdə olacam».

 

Mina ilk videosunda bu yaxınlarda Pusana olan səyahətindən kadrlar paylaşdı. Klip onun yığımları ilə başlayır, onun Seul vağzalına yola düşməsini və ətrafı seyr etməkdən, mağazaları gəzməkdən və çoxlu ləzzətli yeməklər yeməkdən həzz aldığı dəniz sahilindəki şəhərə qədər olan qatar səyahətini göstərir.

Mina alt yazıda yazıb: «Uzun müddətdən sonra ilk dəfədir ki, sizi salamlayıram. «Bu Minadır!!!!» Mən sizinlə ünsiyyət qurmaq üçün buraya vaxtaşırı video yerləşdirəcəm. Mən çəkdim ki, [bu videonu], sizə gündəlik həyatımı göstərim. Çəkilişlərlə məşğul olmaq əyləncəli idi, ona görə də xaiş edirəm, izləmədən həzz alın və videoya çoxlu sevgi bəxş edin».

Postskriptum kimi bunu əlavə edib: «Pusanda artıq bir neçə dəfədir olmuşam. Bu səyahətdə Gijang adlanan yerdə dayandım».

Videoya buradan keçid edə bilərsiniz.