//“Girl Cops” filminin video və şəkil tizrləri yayımlandı!

“Girl Cops” filminin video və şəkil tizrləri yayımlandı!

 

Daha əvvəl ki, məqaləmizdə sevimli aktrisa Li Sunq Kyunqun (Lee Sung-kyung) “Girl Cops” filmində, Ra Mi Ran (Ra Mi-ran) ilə baş rolda oynadıqları haqqında məlumat vermişdik. Qeyd edək ki, filmin may ayında ekranlara verilməsi planlaşdırılır . Filmin sujet xəttinə əsasən əfsanəvi detektiv, ailə həyatı qurandan sonra polis mərkəzində, əhaliyə xidmət bölməsində işləməyə başlayır. Elə həmin şöbəyə, təzə gələn detektiv həmkarı ilə tanış olur. Hansı ki, həmin o, detektiv cəzalanaraq ora göndərilib. Bununlada həyat onların hər ikisinə yenidən, özlərini sübut etməyə şans verir. Hər iki xanım detektiv cinayət işinin araşdırılmasını öz üzərinə götürərək həqiqəti aşkar etməyə çalışır. Film boyu, biz onları başına gələn hadisələrin şahidi olacayıq. Bəzən gülüb, bəzəndə ağlayacağımız, enerji dolu səhnələr olacağına əminəm. Səbirsizliklə ekranlara verilməsini gözləyək.