//Gallup Korea sorğusuna görə 2018-ci ildə ekranları yandırıb-yaxan film ulduzları

Gallup Korea sorğusuna görə 2018-ci ildə ekranları yandırıb-yaxan film ulduzları

2007-ci ildən bu yana Gallup Korea ilin ən yaxşı şoumenlərini, film ulduzlarını, televiziya ulduzlarını, pop ulduzlarının və idman ulduzlarını müəyyənləşdirmək üçün sorğular keçirir.

Gallup Korea, 2018-ci ildə ekranları yandırıb-yaxan film ulduzları ilə bağlı sorğunun nəticəsini açıqlayıb. Sorğu, 7-30 Noyabr arasında səsverməyə çıxarıldı və ölkə daxilində 13 yaş üzəri 1.700 qadın və kişi iştirak etdi.
“Along with the God’s: The Last 49 Days” filmi ilə Ma Dong-Seok sorğuda birinci oldu. Sərt görünüşün arxasındakı yumşaq qəlbi ona “Ma-vely” (Ma + lovely (sevimli)) ləqəbinin qazandırdı. Ma Dong-Seok çox vaxt kassa rekordları qıran işlərlə və heç bir zaman dayanmayan iş performansları ilə tanınır.

Anketin ikinci sırasında, “Along With the God’s: The Two Worlds” və “Along with the God’s: The Last 49 Days” filmləri ilə Ha Jung-Woo yer alır. Aktyor, 2012-ci ildən bu yana hər il Gallup Koreanın İlin Ulduzları sorğusunda ilk beşlikdə yerini aldı.

Anketin üçüncü sırasında, “Keys to the Heart” filmi ilə Lee Byun-Hun yer alır. Bir çox Hollivud istehsalı filmdə yer alan aktyor, 2009 və 2012-ci ildə keçirilən Gallup Koreanın İlin Ulduzları sorğusunda ilk sırada yer almışdı.

Anketin dördüncü sırasına Song Kang-Ho və beşinci sırasında Ju Ji-Hoon yer alıb. Song Kang-Ho son olaraq, 19 Dekabrda, Cənubi Koreyada nümayişə girəcək olan “Drung King” filmində rol aldı. 2017-ci ildə ekrana girən “Taxi Driver” filmi ilə yanaşı bir çox kassa rekordçusu filmdə yer alıb və indilərdə də təsiredici karyerasına davam edir. Daha əvvəl, 2008 və 2013 sorğularında olduğu kimi “Taxi Driver” filmi ilə 2017 sorğularnda da zirvədə yer aldı.

Ju Ji-Hoon, “Along With the God’s: The Two Worlds” və “Along with the God’s: The Last 49 Days” filmlərində rol alıb. Ancaq bu il, Ju Ji-Hoon üçün karyerasında dönüş nöqtəsi oldu. 2018-ci ildə, “Along With the God’s” silsiləsindən sonra rol aldığı “The Spy Gone North” və “The Dark Figure of Crime” filmləri ilə də böyük rəğbət toplayıb.

2016 və 2017-ci ildə olduğu kimi bu ildə ilk 10-luq kişi aktyorların suverenliyi altında olub. Sonuncu dəfə 2016-ci ildə keçirilən sorğuda aktrisa kimi Jun Ji-Hyun ilk beşlikdə yer almışdı.

Aşağıdakı siyahıda, 2018-ci ildə ekranları yandırıb-yaxan film ulduzlarını görürsünüz..

1- Ma Dong-Seok
2 – Ha Jung-Woo
3 – Lee Byun-Hun
4 – Song Kang-Ho
5 – Ju Ji-Hoon
6 – Yu Hae-Jin
7 – Jung Woo-Sung
8 – Hwang Jung-Min
9 – Jo In-Sung
10 – Cha Tae-Hyun

Ləman Həşimli

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)