//Gənc bir stajyer olaraq yox deyə bilərsənmi?

Gənc bir stajyer olaraq yox deyə bilərsənmi?

K-Pop dünyası, parıltılı və qlamur görünsə də, debütlərinə yaxınlaşmaq ümidi ilə hər cür istismar və təhqirlərə dözən stajyerlər üçün qaranlıq bir yer d’ ola bilir. K-Pop idol təlimçisi İn Ji Woong bəzi stajyerlərin hətta, yetkinlik yaşına çatmayanların belə təhlükəli vəziyyətlərə düşmələrinin şok edici hekayələrini ortaya çıxartdı. Xüsusilə kiçikdən,orta ölçülü istedad idarəetmə agentlikləri üçün investisiya və sponsorluqların qaçılmaz olduğunu qeyd edərək başladı. Bu agentliklərin çoxu, çox vaxt böyük pula malik olmadığından,bir qrup stajyerə başlanqıc və müvəffəqiyyətə qədər maddi dəstək üçün  başqa yerlərdən kömək almalıdırlar.
“Kiçik agentliklər yeni qrupu uğura aparmanın bir yolunu bilir. Bu, bir üzvü diqqət mərkəzinə qoymaqdır. Bu üzv kifayət qədər diqqət qazandıqdan və sazişlər imzalamağa başladıqdan sonra, qrupun qalan hissəsi də diqqət mərkəzində ola bilər. Bəs agentliklər bu bir üzvü necə aldadırlar? Bu üzvü şoulara çıxartmaq üçün, gücü və pulu olan investorlara və sponsorlara müraciət edirlər.” -İn Ji Woong

Daha sonra keçmiş stajyerlərdən biri ilə baş verən əsl dəhşət hekayəsini bölüşdü. İn Ji Woong keçmiş stajyerin tanınmasını istəmədiyi üçün, dəhşətli təcrübəni onun adından paylaşdı.
“Bu hadisə öz tələbələrimdən birinin başına gəlib. Kiçik bir agentlikdə stajyer idi və tezliklə debüt edəcək qrupda idi. Lakin, qrup çıxmazdan əvvəl agentliyi tərk etdi.”- İn Ji Woong

Ji Woong, keçmiş stajyerin sponsor üçün “qurban” olaraq seçildiyini paylaşdı. O vaxt yetkinlik yaşına çatmamış, cəmi 18 yaşında idi, lakin onu tanıtmağa kömək edən prodüser, qrupun qalan hissəsinə əhəmiyyət vermədi.
“Komanda yoldaşları və o, sponsor ilə görüşmək üçün bir bara getməli idi. Salamlaşdılar və əvvəlcə iş mövzuları haqqında danışdılar. Ancaq bir az spirtli içki aldıqdan sonra sponsor ‘qadın partner’ axtarmağa başladı. Keçmiş tələbəm seçildi. Qalanları ona azyaşlı olduğunu izah etməyə çalışdıqda isə əsəbiləşdi və özləri kimi bəzi kiçik agentliklər üçün xeyriyyə işi görmədiyini söylədi.”
– İn Ji Woong

Ji Woong-un keçmiş tələbəsindən eşitdiklərinə görə, sponsor hər kəsdən otaqdan çıxmasını istəyib. Prodüser daha sonra yetkinlik yaşına çatmayan stajyeri tələyə salmağa başlayıb, onu “xidmət etmənin” daha yaxşı olduğunu düşünməyə inandırıb. Stajyer daha ətraflı məlumatı açıqlaya bilmədi və bu yaşananlardan incidiyini açıqladı.
“Adam köhnə tələbəmə uyğunsuz şəkildə toxunmağa başlayıb və dedi ki, o, öz gücü ilə qrupa böyüməsi üçün, lazım olan təkanı verə bilərdi. Qrupda olmasının onun və qrupdakıların hamısına uğur gətirəcəyini düşünərək qadına təzyiq etdib.Tələbəm bu nöqtəyə gəldikdən sonra ağlamağı dayandıra bilmədi, buna görə baş verən bütün təfərrüatları bilmirəm. Ancaq dediyim kimi, o, çox çalışdı və debüt etməyə o qədər yaxın idi, amma bu baş verəndən sonra hamısından imtina etdi” -İn Ji Woong

Təlimçi bunun K-Pop pərəstişkarlarının düşündüklərindən daha tez-tez baş verdiyini bildirdi. Daha çox stajyer həssas olur və bu pis tələyə düşür. Çünki, fədakarlıq etməyin daha böyük xeyir gətirəcəyinə inanırlar. Heç kim bu cür hallara dözməsə də, bu, səhnə arxasının çirkin həqiqəti kimi görünür.
“Bunu bu şəkildə düşünün. Bir stajyersiniz və uzun müddət birlikdə işlədiyininiz komanda yoldaşların nəhayət debüt edir. Lakin agentliyin qrupu davam etdirmək üçün pulu yoxdur. Sonra belə bir sponsor gəlir və ‘xidmətinizi’ tələb edir. Agentliyiniz bu işlərin görülməsi üçün yeganə fürsətiniz olduğunu söyləyir. Gənc bir stajyer olaraq, yox deyə bilərsənmi? Düşünmürsünüz ki, fədakarlıq sizin üçün böyük fayda verməyəcək?”
– İn Ji Woong

Tərcümə və yazan: Ayseoul

 

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər