//“Feel Good To Die” serialının yeni afişası yayımlandı

“Feel Good To Die” serialının yeni afişası yayımlandı

Baş rollarında Kang Ji-Hwan və Baek Jin-Hee`nin rol aldığı “Feel Good To Die” serialının ikinci fraqmenti yayımlandı.

Serial, çalışdığı şirkətdə müdiri olan Baek Jin-Sang`ı (Kanq Ji-Hwan), daha yaxşı bir insana çevirməyə çalışan Lee Ru-Da`nın (Baek Jin-Hee) hekayəsindən bəhs edəcək. Ru-Da`nın çalışdığı şirkətdə, digər işçilər də olmaq üzrə, təkəbbürlü və tündxasiyyət olan müdiri Jin-Sang`dan nifrət edir. Bir gün, müdirinin ölməsini diləyir. Müdirinin ölümündən özünü məsul hiss edən Ru-Da, bütün bunların yalnız bir yuxu olmasını diləyir. Ertəsi səhər oyananda normal olmayan bir şey vardır. Qəzanın baş verdiyi günün sabahındadır. Bunun üzərinə, Ru-Da müdirini xilas etməyə çalışır.

Yayımlanan afişada, “Səni amansızlıqla qoruyacağam…komanda lideri!” yazır.

Həmçinin serial, Goldkiwisae tərəfindən qələmə alınan “Happy If You Died” adlı bir webtoondan uyğunlaşdırılmışdır.

Serialda Kang Ji-Hwan və Baek Jin-Hee ilə yanaşı Park Sol-Mi, Ryoo Hyoun-Kyoung, In Gyo-Jin və Gong Myung yer alır.

Serialın rejissor kreslosunda “Cheer Up!” və “Lovers of Music” seriallarının rejissoru Lee Eun-Jin oturur. Həmçinin rejissor Lee Eun-Jin, “Chief Kim” serialının prodüserliyini və “My Lawyer, Mr. Jo” serialının köməkçi rejissorluğunu da etmişdir.

Serialın ilk seriyasının 7 Noyabrda yayımlanması planlaşdırılır.(güneykoresinemasi.com)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)