//“Fates & Furies” serialının yeni bir fraqmenti yayımlandı

“Fates & Furies” serialının yeni bir fraqmenti yayımlandı

Əsas heyətində Lee Min-Jung, Joo Sang-Wook, So E-Hyun, Lee Ki-Woo və Park Soo-Ah`ın yer aldığı “Fates & Furies” serialının ikinci fraqmenti yayımlandı.

Serial, taleyini dəyişdirməyə çalışan Goo Hae-Ra (Lee Min-Jung) və ona aşiq olan Tae In-Joon`un (Joo Sang-Wook) ətrafında dönür. Hae-Ra ağıllı və gözəl bir qadın olmasına baxmayaraq, ailəsinə görə səfil bir vəziyyətdədir. Bu səfalətdən xilas olmağın yeganə yolunun pul olduğunu düşünür. Buna görə bir şirkətin varisi olan In-Joon`a yaxınlaşır və çox keçmədən In-Joon`un qəlbini fəth edir.

Serialın rejissoru Kang Chul-Woong və ssenari müəllifi Jung Dong-Yoon, daha əvvəl “Suspicious Partner”, “Defendant” və “EXIT” sıralarında birlikdə çalışmışdı.

Serialın ilk seriyasının 1 Dekabrda yayımlanması planlaşdırılır.

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)