//“Farming Academy” Mini Serialının Fraqmenti və Afişası Nümayiş Olundu

“Farming Academy” Mini Serialının Fraqmenti və Afişası Nümayiş Olundu

Li Te Hvan, ‘A Pink’ qrupundan Yon Bo Mi və Li Min Cinin baş rol olaraq canlandırdığı  “Farming Academy” mini serialının fraqmenti və afişası nümayiş olundu.

Serialın mövzusu professional cütçü olmağı xəyal edən bir qrup gəncin xəyallarını, dostluqlarını və hisslərini əhatə edir.

Li Te Hvan serialda bir akademiyanın Qida və Kənd Təsərrüfatı Şöbəsində birinci kurs tələbəsi olan Ha Co Suk xarakterini canlandırmaqdadır. Açıq sözlü olduğu üçün bəzən insanlar tərəfindən səhv başa düşülsə də, əslində insanları yaxşı müşahidə edən və insanlara qarşı düşüncəli davranan birisidir.

Yon Bo Mi serialda Ha Co Suk-un (Li Te Hvan) qrup yoldaşı olan Han Byol xarakterini canlandırmaqdadır. O və Ha Co Suk arasında romantik bir münasibət vardır.

Li Min Ci serialda Ha Co Suk-un (Li Te Hvan) qrup yoldaşı olan Şin Yo Cin xarakterini canlandırmaqdadır. O, ağıllı və məlumatların təhlilində bacarıqlı birisidir. Uşaqlıqdan bəri cütçü olmağı çox istəyir.

Ümumi 4 seriyadan ibarət olan mini serialın ilk seriyası 30 mart tarixində nümayış olunacaq.