//Fan yoxsa düşmən?

Fan yoxsa düşmən?

Hər birimiz K-Pop qruplarını sevir, K-dramaları izləyir, özümüzə bias seçir və fandomlarına qoşuluruq. Oppa və ya Eonnilərimizi gündəlik olaraq izləyir, nə etdikləri ilə yaxından maraqlanırıq. Lakin, bəzilərinin sevgisi pərəstişkarlıq, fanatlıq, fanlıqdan artıq başqa bir səviyyəyə Sasenq(sasaeng) adlanan xəstəliyə çevrilir. Bu yazımda sizlərə K-Pop ulduzlarının qarşılaşdıqları sasenq pərəstişkarların etdiyi ağıla sığmaz hadisələrdən bəhs edəcəm.

1. BIGBANG

G-Dragon və Taeyang pərəstişkarı, özünü öldürdüyünü və nəyə görə onu bəyənməyəcəyini düşündüyünü məktub şəklində yazıb, məktubun üzərinə qanını axıdaraq göndərib.

G-Dragon evinin önündə səhərdən axşama qədər gözləyən pərəstişkarlarından bezərək : “Son zamanlar insanlar məni evimə, qapımın ağzına qədər izləyirlər. Ancaq bu artıq bitməlidir. Anam və bacım çox qorxurlar.” tweet paylaşıb.

T.O.P ”Xaiş edirəm, evimə gəlməyin. Gecə qapı döyüləndə ürəyim yerindən çıxır. Özümü öləcəkmiş kimi hiss edirəm” –deyə yazı paylaşıb.

Üzvlərin şəxsiyyət və passportları olan çantaları oğurlanıb. Dəfələrlə maşınla qəza keçirmələrinə səbəb olublar.

2.EXO

Gizli kamera yerləşdirmək nə qədər çətin olsa da, bəzi sasenq pərəstişkarlar bunu edir. EXO qrupundan Tao-nun parkinq yeri, otel otağı,yaşadığı yerə və hamam otağına qədər hər yerə kamera və mikrafon qurlaşdıraraq etdiyi hərəkətləri, dediyi sözləri izləyiblər. Hətta hamam otağına mikrafon yerləşdirərək, orada mahnı söylədiyi anı paylaşıblar.

Sasenqlər qrupun mindiyi maşının eynisini icarəyə götürərək, qrup proqramdan çıxarkən düz qabaqlarına parkinq etdilər. Qrup üzvləri hər şeydən xəbərsiz maşına minərkən, bir anda fərqinə varan prodüsser onları əngəlləyib.

Çinli sasenqlər saçlarını qırxaraq oğlan libasına bürünüb, Exonun olduğu tualetə girərək şəkillər çəkiblər.

Kaiyə qarnında gizli kamera olan oyuncaq ayı hədiyyə edilib.

Suhonu davamlı olaraq təqib edən fanat, konsertlərin birində “ mənə təcavüz et”– deyə plakat açıb.

Exo-nun müsahibə verəcəyi iclasa müxbir geyimində gizlicə qatılıblar .

Exo “Overdose” mahnısı çıxaran zaman qolunu kəsərək “səni sevirəm EXO” yazıb. 

3. Super Junior

Bir sasenq Kyuhyon və Donqhe içəridə ola ola evlərinə girib. Hər ikisi ilə də danışan sasenq evdən çıxdıqdan sonra qrup üzvləri şok yaşayıb. Çünki Kyuhyon dostu Donqhe ilə, Donqhe isə Kyuhyon ilə danışdığını zənn edirdi.

Heçol bir kafedə ayaqyolunda olarkən , dəstə şəklində sasenqlər içəri daxil olaraq “Oppa!”- deyə səs küy və qarışıqlıq yaradıb. Heçol bu hadisədən sonra üzərini belə ədyalın altında dəyişdiyini deyir.

Qrup üzvləri 8-ci mərtəbədə qalarkən “Donqhenin ayılı alt paltarı çox şirindir” – deyə mesaj alıblar. Səhəri gün pərdə asdırmaq məcburiyyətində qalıblar.

Bir sasenq havayollarında işləyən dostu sayəsində Kyuhyon hara uçursa uçsun onun yanında oturub.

Evlərinə girib alt paltarlarının şəklini çəkib, gizlənib, öz alt paltarlarını qoyub qaçıblar.

Heçol telefon nömrəsini dəyişdirdikdən sonra “Oppa! telefon nömrəni dəyişdiyini hamımız bilirik.”- deyə mesaj alıb. ( buna güldüm ㅋㅋㅋ) 

4. TVXQ| JYJ

Üzvlərin yaşadığı binanın açarını oğurlayaraq kopyasını çıxardıblar.

Evlərinə girib Cecunq(Jaejoong) yatarkən öpüb, şəkillərini çəkib, alt paltarını oğurlayıblar.

Cecunqun evinə girərək, evlilik sənədi hazırlamaq üçün şəxsi sənədlərini, möhürünü götürüblər.

Cecunq ayaqyolundaykən videosunu çəkməyə çalışıblar.

Bir sasenq saunaya gedərək Cecunq şəklini çəkib. Daha sonra paylaşaraq “Cecunq saunada yatır. Onu öpdüm.”- deyə yazıb.

Yuçonun(Yoochun) qarajına gizli kamera qoyaraq nə zaman evdən çıxdığını izləyiblər.

Çox insan olan yerdə qrup üzvlərinin şəxsi bölgələrinə toxunublar.

Çanqmin(Changmin) maşındakı sasenqlərə onu izləməmələri üçün şüşəni aşağı etmələrini istəyib. Sasenqlər Çanqminin əlini qanayana qədər şüşə ilə sıxışdırıblar.

Telefonlarını izləyərək danışıqlarına şahid olublar.

Çanqminin sevgilisinə ölüm təhditləri edərək onu narahat ediblər. Bunun üstündə sevgilisi ilə ayrılan Çanqmin yerdə oturub ağlayarkən onun şəklini çəkiblər və “Oppa! Ən yaxşı qərarı verdin” deyə gülüblər.

Cecunq bütün üzvlərin küçələrdə ağlayaraq qəzalara qarışdığını bildirib və “Sevginizi göstərmək üçün belə şeylər etməyin. Bu bizim həyatımızı qısaldır.” deyə yazı paylaşıb.

Telefonlarını izləyərək ailə üzvlərinin nömrəsini tapıb narahat ediblər.

Havalimanında Cecunqun arxasıyca qaçan sasenqlər yaşlı qadını yıxır. Cecunq qadına kömək edir və “Xoşbəxt bir şəkildə Koreyaya qayıtdım. Jurnalistlər kimi şəklimi çəkmək istəyirsiz bunu başa düşürəm amma yaşlı bir qadın yıxılanda onu qaldırıb üzr istəməliydiniz. Ya o, sizin nənəniz olsa idi?” deyə azarlayıb.

Bir qız: “ TVXQ 5 nəfər olanda onlarla eyni binada qalırdım. Mühafizənin çox güclü olduğu bir bina. Buna baxmayaraq, sasenqlər binanın önündə gözləyərdi. Evə gedərkən yanlarından keçəndə mənə söyər, boş butulkalar atar, oppalarına yaxınlaşmamaq üçün məni şantaj edərdilər. Bir gün onları polisə şikayət etdim və onlar bunu öyrəndi. Bir gün TVXQ məndən öncə gəldi və mən 10 dəqiqə gözlədim. Çünki bilirdimki getsəm, saçımı yolacaqlardı. TVXQ ilə liftdə qarşılaşdıq. Onlar mənə olanları görmüşdülər buna görədə liftdən düşənə qədər ancaq üzr istədilər. Mənə prodüsserləri vasitəsilə hədiyyə göndərərək üzr istədilər. Daha sonra ordan köçmək məcburiyyətində qaldım.”

Sasenqlər hər zaman olduğu kimi yenə Cecunqu təqib edir və mesajlarını dinləyirdi. Cecunqun içkili olarkən telefon vasitəsilə sasenqlərə söyərək  nifrətini dilə gətirməsi gündəm oldu. Sasenqlər 4 il sonra səsə əlavələr etdiklərini, vurma səslərini özlərinin qoyduğunu etiraf etdilər.

Cecunqun dedikləri : “ Mənim arxamca düşürsüz,mənlə təmas qurursuz. Bu heç əyləncəli deyil. Sizin üzünüzdən, sizin üzünüzdən Sasenqlər!! Lənətə gəlmiş q****lər. Belə yaşamalıyam? Sizin üzünüzdən bu şəkildə yaşamaq məcburiyyətindəyəm?! Sizin kimi neçə nəfərə vurdum saya bilmərəm. Gəl bura. Səni tutmadan bura gəl. S****r. Q*****. Bu pərəstişkarlıqdır? Cunsu, bunu da qeyd edirsiz?! Yaxşı edin. Necə istəyirsiz elə yaşayın. Siz belə etdikcə yapon fanatları daha çox sevirəm. Yapon saytına müsahibə verərkən koreyalı fanatların mahnını oxumasını , yapon fanatların isə sakitcə dinləməsini sevdiyimi dedim. Yaponyada öz ölkəmin insanlarını pisləmək istəmədiyim üçün belə dedim. Xarici fanatları daha çox sevirəm. İndi isə yapon və çinli fanatlara baxın?! Məni izləyirlər niyə?! Çünki siz sasenqləri kopyalıyırlar. SS501-in, Bigbang-ın, Super Junior-un fanatlarına baxın. Onlar belə deyil. Siz niyə beləsiz?!

Hara getsəm biri arxamdadır. Hara getsəm biri zəng edir “Hardasan ? Ordasan? “ həmişə belə hərəkətlərə görə qaçıram. Cinayətkaram mən? 4 gün tətilim vardı və mən Yaponyada qaldım. Sizin üzünüzdən Yaponyada qaldım. Koreyada azadlığım yoxdur. Həbsxanada olub, nə verirlərsə onu yeyib , idman etməyi üstün tutardım. Sizin üzünüzdən əsgərliyə gedib orda qalmağı üstün tuturam. Sizdən çoxdur. Min qatınız qədər çox. Taksilərə minib izləyirsiz . Sizdən qaçıram. Bu qədər boş vaxtınız var? Mən sadəcə 3 saat yatıram və sizdən qaçıram. Sonrada Cecunq çox surətlidir, buxar kimidir, yazırsız. O qədər çox pulunuz var? Taksilərə vermək yerinə CD-mizi alsa idiniz ,indi siyahılarda 1-ci idik.”

~~~~~~~~

Bəzi sasenqlər idollara şiddət göstərərək onların yadlarında qaldıqlarını və daha sonra başqa yerdə gördükdə xatırladıqlarını deyir. Buna görə də bir çoxu bunu edir.

Yuçon(Yoochun) fanatı ona şillə atanda.

Sasenq T-ara Ciyonun saçından yonarkən.

 

Bununlada bitmir bəzi sasenqlər işin dozasını qaçıraraq qaçırtmağa qədər gətirib çıxara bilir.

SNSD qrupu səhnədə çıxış edərkən Teyon(Taeyeon) , “Acoşi” tərəfindən zorla qaçırılmağa məruz qalır.

BTS və hara gedirlər getsinlər izləyən Sasenq fanı

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova