//“Extraordinary You” serialının video tizrı yayımlandı

“Extraordinary You” serialının video tizrı yayımlandı

 

MBC kanalının yeni serialı “Extraordinary You” oktyabr ayının 2-də yayımlanması planlaşdırılır. Serialın süjet xətti məktəbli qızdan bəhs edir. Hansı ki, o, əvvəlcədən təyin olunmuş qismətdən imtina edərək, öz sevgisini özü tapmağa cəhd edir. Günlərin bir günü oxuduğu manxvaların birindəki, 13 nömrəli obraza vurulur. Və onun qəlbini qazanmaq üçün əlindən gələn hər şeyi edir. Serial fantastik, məktəb, romantik janrda çəkiləcək. Sözü gedən məktəbli qız obrazını aktrisa Kim hye Yun (Kim Hye-yoon) canlandıracaq. Manxvadakı 13 nömrəli qəhrəmanı isə SF9 qrupunun üzvü Kim Ro Vun (Kim Ro-woon) oynaycaq. Qeyd edək ki, April qrupunun üzvü İ Na In (Lee Na-eun) da serialda yer alacaq. Serial eyni aydlı webtune əsasında çəkiləcək.