//EXO qrupunun üzvü Suho “Qoruyucu mələk” adı ilə səfir təyin olundu

EXO qrupunun üzvü Suho “Qoruyucu mələk” adı ilə səfir təyin olundu

 

İyul ayının 24-də 7-ci “Heyvanlara həsr olunan filmlər” festivalının mətbuat konfransı təşkil olundu. Sözü gedən festivalda sevilən müğənni Suho festivalın səfiri təyin olundu. Qeyd edək ki, festival Cn. Koreyanın Suncheon-si şəhərində təşkil olunmuşdu. Bununla yanaşı festivalın mətbuat konfransında rayon böyüyü Xo Sok və proqramist Park He Mi iştirak edirdi. Suho festivalın səfiri, “Qoruyucu mələk” adı ilə hamıya təqdim olunduqdan sonra KİV-nə müsahibə verib. Müsahibədə belə deyilir: “Sevimli canlılar üşün təşkil olunan festivalın səfiri təyin olunmaq mənim üçün qürur verici, həm də həyəcan doludur. Əvvəla hamının nəzərinə çatdırmaq istərdim ki, mən heyvanları çox sevirəm. Özümüm şəxsən Bell adında itim var. Adətən boş olan vaxtlarımı onunla keçirtməyə çalışıram. Bizim hər birimizin, ayrı ayrılıqda öz şəxsi həyatı var. Hər birimiz çox məşğul insanlarıq, amma bu köməksiz canlılarla vaxt keçirtmək, onları düşünmək bizim insanlıq borcumuzdur”. 7-ci “Heyvanlara həsr olunan filmlər” festivalı avqust ayının 22-dən 26-na kimi davam edəcək. Tədbir boyu heyvanlara həsr olunan 70-dən çox film yayımlanacaq. Tədbirdə iştirak etmək ödənişsizdir. Festival boyu təşkil olunacaq hər bir tədbirdə Suho şəxsən özü səfir olaraq “Qoruyucu mələk” adı altında iştirak edəcəkək.

TAGS: