//EXO qrupu yeni albomu ilə geri dönüş edəcək

EXO qrupu yeni albomu ilə geri dönüş edəcək

SM Entertainmentin açıqlamasına görə EXO ilin ilk yarısında bütün üzvlərin qatıldığı bir albom yayımlayacaq. Qrup son dəfə 2019-cu ildə 6-cı albomları “Obsession” ilə geri dönüş etmişdi.

Həmçinin, qrupun 9-cu ildönümünə həsr olunan bu albom, tort şəklində olan logoya sahibdir.

Üzvlər video paylaşaraq, klipin çəkildiyi yeri fanları ilə bölüşüb və klipin mövzusu haqqında da məlumatlar verib. Klipin çəkildiyi yeri fanları ilə bölüşən Chanyeol digər üzvlərə harda olduqları ilə bağlı suallar verib. Həmin videoda Xiumin, Baekhyun, D.O, Chanyeol, Kai və Sehun yer alaraq, klipin çəkilmə yeri və üzvlərin hiss etdikləri duyğularla bağlı danışdılar.

Xatırladaq ki, hazırda qrupun bəzi üzvləri Suho, Chen və Chanyeol hərbi xidmətdədir. Xiumin və D.O isə tərxis olunub. Həmçinin, Baekhyun mayın 6-sı ictimai xidmət işçisi olaraq hərbi xidmətinə başlayacaq.

TAGS:
Elmina Səfərova