Bu yaxınlarda Marz adlı k-pop prodüser EXO-nun vokal imkanları və özünün iştirakı ilə yazılan “Tempo” sinqlı haqqında olan fikirlərini paylaşdı.
O, instagramdakı canlı yayımda dedi ki, başqa k-pop agentliklər onunla əlaqə saxlayıb və öz idolları üçün “Tempo”-ya oxşar mahnı yazmağını xahiş ediblər. Təqdim olunmuş imkanlara baxmayaraq, prodüser onların təkliflərindən imtina etdiyini bildirdi.
Aşağıda Marz-ın bu vəziyyət haqqında açıqlamasıdır:
«Son vaxtlar mən tez-tez «Tempo» haqqında sorğu alıram. Agentliklərin çoxu maraqlanır: « “Tempo”-ya oxşar mahnı yaza bilərsən?» Bilirsiz mən onlara nə cavab verirəm? Yox, çünki bu trek dəlicəsinədir. Bu mahnı musiqi baxımından çox güclüdür və məndə «Tempo» kimisi yoxdur. Hətta yenidən bunun kimi bir şey yaratmaq da mümkün deyil. Amma «Tempo» başqa treklər kimi deyil. Bu standart mahnı deyil. O, çox fərqli hissələrdən ibarətdir, sonra isə akapella parçası gəlir. Mən səmimi qəlbdən inanıram ki, bu an super yadda qalan olacaq, çünki o, çox yaxşıdır. Bizim etdiyimiz və EXO-nun həyata keçirdiyi çox təəccüblü idi. Onlar Boyz II Men kimi səslənirdilər və bu dəlicəsinə idi. Bu şübhəsiz ixtirası asan olmayan bir dəlilikdir».
- Ci Çanq Uk əsgərlikdə 12 kq kökəldiyini açıqladı - 16 May 2019
- Cenninin klipi 300 milyon baxış sayı qazanıb - 15 May 2019
- EXİD yeni ‘ME&YOU’ klipində ağ geyinmiş gəlinlərdən neon rənglilərə çevrildilər - 15 May 2019