//EXO “MAMA” albomunun Azərbaycanca tərcüməsi

EXO “MAMA” albomunun Azərbaycanca tərcüməsi

 

EXO (Koreyaca: 엑소) Seulda yerləşən Cənubi Koreyalı–Çinli doqquz üzvdən ibarət – Suho, Baekhyun, Chanyeol, D.O., Kai, Sehun, Xiumin, Lay və Chen oğlan qrupudur. Onların musiqisi house, trap və synth-pop kimi elektronik rəqs musiqi ilə yanaşı pop, hip-hop və R&B kimi janrları birləşdirir. EXO musiqiləri Koreya, Mandarin və Yapon dilində çıxardır və ifa edirlər. Qrup “Forbes Korea Power Celebrity” siyahısında 2014-cü ildən 2018-ci ilə qədər hər il top beş ən nüfuzlu məşhurlardan biri kimi sıralanmışdır və media tərəfindən “dünyanın ən böyük oğlan qrupu” və “K-pop-un kralları” adlandırılmışdır.

Qrup SM Entertaiment tərəfindən 2011-ci ildə yaradıldı və rəsmi olaraq 2012-ci ildə EXO-K və EXO-M olmaqla iki alt qrupla çıxış etdi. EXO-K Koreyada, EXO-M isə Çində fəaliyyət göstərirdi.
EXO-K alt qrupunun üzvləri: Suho, Baekhyun, Chanyeol, D.O., Kai, Sehun
EXO-M alt qrupunun üzvləri: Xiumin, Chen, Lay, Kris, Luhan, Tao
*Qeyd: Keçmiş üzvlər: Kris, Luhan, Tao
EXO ilk çıxışını 8 aprel 2012-ci il tarixində ilk mini albom “MAMA” ilə etmişdir. “MAMA” musiqi listlərində böyük nailiyyət əldə etmiş ; EXO-M-in mahnısı Çindəki musiqi listlərində mahnı çıxdıqdan bir gün sonra üst sıralara yüksəlmiş, EXO-K-in “MAMA” musiqi videosu YouTube Qlobal Qrafikdə 7-ci sırada yer almışdır.

“MAMA” mahnısı onların ilk çıxış mahnısı və ilk çıxış səsyazması olan mini albom “MAMA” –da başlıq mahnıdır.

 EXO-K versiya (sol)                                        EXO-M versiya (sağ)

“MAMA” mahnısı  K-pop , R&B, Barok pop janrındadır.

“MAMA” albomunun başlıq mahnısı Kraliyyət ailəsinə ünvanlamaq üçün istifadə edilən Koreya terminidir, mənası isə “Ana Kraliça” deməkdir.

2011-ci il Dekabr ayından 2012-ci il Fevral ayına qədər SM Entertaiment qrup üzvlərinin yer aldığı iyirmi üç tizer çıxartdı. Hansı ki, “MAMA” albomunda olan mahnıların bəzi ön görünüşləri daxil idi. “Angel” mahnısı dörd tizer treylerdə arxa fon kimi istifadə edildi. “Two Moons” mahnısı EXO-K-dan Kai və EXO-M-dən Lay-in iştirak etdiyi tizer  #12-də nümayiş edilmişdir. “Machine”  mahnısı isə Kai-nin olduğu tizer #5-də səsləndirilib.

“MAMA” albomunun hər iki versiyaları bir ticarət uğuru idi. EXO-K versiyası Cənubi Koreyanın Gaon Albom Qrafikində 1-ci sıraya, Çinin Sina Albom Qrafikində 4-cü sıraya və Billboard Dünya Albomları Qrafikində 8-ci sıraya çatdı. EXO-M versiya Çinin Sina Albom Qrafikində 1-ci sırada, Gaon Albom Qrafikində 4-cü sırada və Billboard Dünya Albomları Qrafikində 12-ci sırada yerləşdi.

Cənubi Koreyada (Gaon) 207,072+ (Çin versiyası) və 294, 486+ (Koreya versiyası) nüsxə satılmışdır. Yaponiyada (Oricon) isə 10,485+ (Çin versiyası) və 35,771+ (Koreya versiyası) nüsxə satılmışdır.

Başlıq mahnı olan “MAMA”-dan əlavə bu albomdan olan daha iki mahnı “What is love” və “History” tək şəklində müvafiq olaraq 30 Yanvar 2012- ci il və 9 Mart 2012-ci ildə yayımlanmışdır.

“What Is Love”

Koreya versiyası EXO-K alt qrupundan D.O və Baekhyun tərəfindən və Mandarin versiyası EXO-M alt qrupundan Chen və Luhan tərəfindən ifa edilmişdir.

Hər iki musiqi videoda 12 üzv yer almışdır. Musiqi video şirkət tərəfindən əvvəl yayımlanan video tizerlərin birləşməsindən ibarətdir.

“History”

Koreya versiyası EXO-K tərəfindən və Mandarin versiyası EXO-M tərəindən ifa edilmişdir. Mahnının musiqi videosu YouTubeda 8 Mart 2012-ci ildə çıxmışdır. Hər iki musiqi videoda EXO-nun bütün 12 üzvü yer alaraq, küləkli, qayalı setdə və parlaq bir mavi studiyada rəqs edirlər.

EXO  2012-ci il SBS POP Asia Mükafatlarında “History” ilə “İlin Musiqi Videosu” kateqoriyasını qazanmışdır.

“MAMA” albomunun mahnı listi:

  1. “MAMA”
  2. “What Is Love”
  3. “History”
  4. “Angel (너의 세상으로) Into Your World”
  5. “Two Moons” (두 개의 달이 뜨는 밤)  “Two Moons Floating Toinght”
  6. “Machine”

 “MAMA”

“What Is Love”

“History”

“Angel (너의 세상으로) Into Your World”

 

“Two Moons” (두 개의 달이 뜨는 밤)

“Machine”

Koreya versiyası (EXO-K tərəfindən)

No. Başlıq Lirik Müddət
1. “MAMA (마마)” Yoo Youngjin 4:31
2. “What Is Love” Yoo Youngjin 4:22
3. “History” Yoo Youngjin 3:32
4. “Into Your World (Angel) (너의 세상으로)” Jo Yoongyeong 3:01
5. “Two Moons ( 개의 달이 뜨는 )” Misfit 3:03
6. “Machine” Misfit 3:26
Toplam müddət: 21:55

 

Çin versiyası (EXO-M tərəfindən)

No. Başlıq Lirik Müddət
1. “MAMA” Wang Yajun 4:31
2. “What Is Love” Han Kili11n 4:22
3. “History” Liu Yuan 3:32
4. “Into Your World (Angel) (你的世界)” Michie, Liu Yuan 3:01
5. “Two Moons (双月之夜)” T-Crash 3:03
6. “Machine” Zhou Weijie 3:26
Toplam müddət: 21:55

 

TAGS:

EXO-L Azərbaycan

EXO L Azerbaijan fandomu 19 sentyabr 2017-ci ildə Mustafayev Rafael tərəfindən yaradılmışdır və bu fandom Azərbaycanda ilk EXO L fandomudur.
EXO-L Azərbaycan